13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |    

"Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib"


"ABC Tədris və İnkişaf Mərkəzi"-də "5 Oktyabr Beynəlxalq Müəllimlər günü" münasibətilə tədbir keçirilib.

Magazinews.az xəbər verir ki, tədbirdə mərkəzin müəllim kollektivi, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi və media nümayəndələri iştirak edib.
Mərkəzin direktoru Leyla Həsənova , "Müəllim kimdir ?" sualını cavablandıraraq tədbiri açıq elan edib. Müəllim kimdir ?

-Ana kimi şəfqətli, ata kimi güvənli, üstün əxlaqlı, dərin düşüncəli, həssas qəlbli, həlim davranışlı bir insandır.
– Elmin sirr ünvanını düzgün bilən – Həqiqətin içərisinə varan, orada ucalan, orda yüksələn.
– Bilgisi düz, sözü düz, mərifəti düz olandır.
– Elmin qapısını düz tanıyıb, oradan elmin şəhərinə - xəzinələr sarayına varandır.
– Sinəsi xəzinə, baxış pəncərəsi qəlbin gözü, seyr etdiyi məkan yüksəkliklər, dayağı fərasət olandır.
– Yerdən aləmlərə varandır. – Mərifətə götürən nur, qanad, inam taxtında əyləşdirən böyüklükdür.
– Sevgini yaşayan – sevgini öyrədən sevdalıdır.
- Ən şərəfli peşə.

 Müəllim – adi söz olmayıb, müqəddəs peşədir. Əsl müəllim bir günəşdir. Ürəyinin istisini beyninin odunu heç kəsdən əsirgəməyən bir günəş. Müəllim sənəti bütün sənətlərdən daha üstündür. O, bizə hərf öyrədir, danışmaq öyrədir, söz öyrədir Gözlərdə ifadə olunan hissləri duyan, sədanı ― "eşidən"müəllim ömrünə alqış. Bu ömür sinif otaqlarında dərs detdikcə heçə dönmür daima təzələnir. Canlı ulduz olub daima müxtəlif bölgələrimizdə parlayaraq, yerindən asılı olmayaraq hər bir şagirdə eyni yanaşırlar.

Saflığa bələnib hər müdrik sözü,
Bizə ömür boyu dayaq olubdur.
İşıqlı zəkası, ağıllı sözü,
Ömür yolumuza mayak olubdur.

Anamı, Vətəni sevin - deyibdir,
Odur boynumuza böyük haqq qoyub,
Bizə ana yurdu o sevdiribdir.
Biz ona borcluyuq bir ömür boyu.

Bir daha müəllimlərimizi təbrik edirik. Bu çıxışdan sonra mərkəzin müəllimləri hədiyyələrini almaq üçün səhnəyə dəvət olunublar. Daha sonra Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi Kənan Kərimov müəllimləri təbrik edərək, daha böyük uğurlar arzulayıb.
Tədbirin davamı bu sahədə öz sözünü demiş müəllimlərə həvalə edilib.  Zülfiyyə Vəliyeva , İradə Əlili , Sədaqət Musayeva , Allahverdi Məmmədov , Dilşad Musa, Aytən Əsgərova öz təbrik və məsləhətlərini qonaqlarla bölüşüblər. Rəsmi hissədən sonra qonaqlar çay süfrəsinə dəvət olunub və bu gün üçün hazırlanmış tortu birlikdə kəsiblər.
Təhsilli Gələcəyə ABC Tədris və İnkişaf mərkəzi ilə birlikdə Addımlayın!


Digər Xəbərlər