16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |     16:10 “CineMastercard”da Azərbaycan dilində dublyaj olunan “Paddinqton 3” komediyası - VİDEO - FOTOlar  |     19:50 Musiqili Teatrda qırğızların balet-tamaşası alqışlarla qarşılandı - FOTO  |     19:13 Akademik Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıdıb - FOTO  |     18:10 Əfsanəvi Ronaldinyo “CineMastercard”da kimsəsiz uşaqlarla görüşüb - FOTO  |     16:09 Mədəniyyət “CineMastercard” kinoteatrında “Tağıyev: Neft” filminin təqdimatı keçirilib - VİDEO - FOTO  |    

Əcnəbi və yerli blogerlər Şuşada...


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "ADDIM" Yaradıcı Gənclər Assosiasiyası İctimai Birliyi sözügedən layihə çərçivəsində Şuşa və Bakıda silsilə tədbirlər keçirib. 

 

MagaziNews.Az xəbər verir ki, “Welcome to Shusha” – Beynəlxalq Səyahət Bloger və İnflunserlərin Multikultural Forumu adı altında reallaşan konfransda yerli və xarici blogerlər iştirak edib. Yunanıstan, Türkmənistan, Qazaxıstan, Türkiyə, Rusiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdən qatılan 10-a yaxın əcnəbi bloger həm Bakı, həm də Şuşa şəhəri ilə tanış olmaq imkanı qazanıb. 

 

Layihənin ilk böyük tədbiri yerli və əcnəbi blogerlərin iştirakı ilə Şuşa şəhərində baş tutub. Onların Azərbaycan, xüsusən də Şuşa haqqında daha dolğun informasiya əldə etməsi, dünya ictimaiyyətinə çatdırması istiqamətində maarifləndirmə işləri aparılıb. Forum iştirakçıları Şuşa qalası, Cıdır düzü, Xurşidbanu Natəvanın dağıdılmış evində, Bülbülün restavrasiya olunmuş ev - muzeyində, Molla Pənah Vaqifin məqbərəsində və digər tarixi əhəmiyyətli yerlərdə olublar. İştirakçılara işğal zamanı dağıldılan məkanların görüntüləri göstərilib. Erməni vəhşiliyinin izlərinə şahidlik edən əcnəbi blogerlər gördüklərindən çox təsirləndiklərini bildiriblər. Onlar sosial mediada etdikləri hər paylaşımda bunu detallı şəkildə izləyicilərinə çatdırmağa çalışıblar. Ümumilikdə sosial platformada 9.3 milyondan çox izlənmə olub. 

 

Şuşa səfərindən sonra forum iştirakçıları Bakıda keçirilən konfransa qatılıblar. 

 

Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev də çıxış edib. O, bildirib ki, hazırda Qarabağın quruculuq işləri çərçivəsində nəhəng yenidənqurma işləri yüksək sürətlə davam edir: “Xalqımıza məxsus yüzlərlə mədəniyyət və dini abidələr, qəbiristanlıqlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri bərpa edilir. Səfər iştirakçıları Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və geniş miqyaslı tikinti işlərinin həcmini və sürətini izləyə bilirlər. Bu da onların baş verənləri daha dəqiq çatdırmasına şərait yaradır. Əcnəbi qonaqların bu baxımdan hazırda Şuşaya səfərləri xüsusən əhəmiyyətlidir. Bu hərəkatın təşkilatçıları və iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşməkdə davam edirlər”.

 

 

“ADDIM” Yaradıcı Gənclər Assosiasiyası İctimai Birliyinin sədri Hüseyn Cavadzadənin sözlərinə görə, Qarabağ həqiətlərinin düynaya çatdırılması istiqamətində fəallıq göstərən blogerlərdə ölkəmiz haqqında müsbət fikirlər formalaşıb. “Onlar hər paylaşımda “mütləq Azərbaycana gəlməlisiniz” fikrini izləyicilərinə ötürürdülər. Bu isə həm də turizm sektorunda müsbət gerdönüşlərin olmasına şərait yaradır”.  




Digər Xəbərlər