11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |     22:10 “CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub - FOTO/VİDEO  |     13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |     22:45 “4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO  |     18:34 “CineMastercard”da tarixi dram “Mevlana Mest-i Aşk” - VİDEO  |     12:05 3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar  |     10:06 Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ  |     16:05 CineMastercard-da “Tron: Ares” filminin nümayişi keçirildi - VİDEO - FOTOlar  |     14:36 Əminə Yusifqızı vəfat etdi  |     13:52 "CineMastercard"da Ümumdünya Kosmos Həftəsi çərçivəsində"Kosmik Filmlər Festivalı" keçiriləcək  |     09:30 “Formula 1”də evlilik təklifi - VİDEO  |     12:30 İlk dəfə efirdə birgə görüntüləndilər: ərindən xanəndəyə sevgi dolu SÖZLƏR - VİDEO  |    

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO

Forum “Yaşıl Dünya üçün Həmrəylik İli” mövzusunda və COP29 çərçivəsində baş tutdu. Tədbirin əsas məqsədi gəncləri bir araya gətirərək müxtəlif aktual mövzularda müzakirələr aparmaq və onların dünyagörüşünü genişləndirmək idi.

Forumda Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində #SDG13 - “İqlim Dəyişikliyi ilə Mübarizə”, #SDG14 - “Dəniz Ekosistemlərinin Qorunması” və #SDG15 - “Torpaq Ekosistemlərinin Dayanıqlı İdarə Olunması” mövzuları müzakirə olundu. Bu mövzularda keçirilən Keynote çıxışlarını Kamal Mahmudov, Xəyala Məmmədova və Elmir Məmmədli təqdim etdilər.

Gənclərin daha dərindən məlumat əldə etməsi üçün keçirilən “workshop”lar isə Narmina Badirxanova və Kamal Mahmudov tərəfindən aparıldı. Sessiyalar zamanı iştirakçılar müvafiq mövzular ətrafında müzakirələr apardılar və yeni baxışlar qazandılar.

Panel Diskusiyası gənclərin suallarını cavablandırmaq və mövzulara dair daha geniş perspektiv təqdim etmək məqsədini daşıyırdı. Bu sessiyada spikerlər Orduxan Qəhrəmanzadə, Xəyala Məmmədova, Elmir Mammadli və Nicat Tahirli iştirak edərək öz bilik və təcrübələrini bölüşdülər.

Tədbirdə həm Azərbaycan, həm də İngilis dilində sessiyalar təqdim edildi. Forumun təşkilində Azərbaycan Gənclər Fondu, ABB, Nayora və Azərbaycan İnnovasiyalar Mərkəzi dəstəklərini göstərdilər. Və iştirakçılara sonda hədiyyələr təqdim edildi.

Youth Speak Forum, gənclərin dünyanı daha yaşıl və dayanıqlı gələcəyə yönəltməyə təşviq edən mühüm platformalardan biri kimi yadda qaldı.






Cəmiyyət 12-12 17:35

Digər Xəbərlər