13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |    

Bu gün 20 Yanvar faciəsindən 35 il ötür


Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümüdür.

Magazinews.Az-ın məlumatına görə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, SSRİ-nin cinayətkar rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.



Digər Xəbərlər