13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |    

“Bu gün Azərbaycanda “Milli Mətbuat Günü” qeyd olunur”


22 İyul – Azərbaycanda “Milli Mətbuat Günü”-dür.

Magazinews.az xəbər verir ki, ölkədə ilk mətbuat orqanı olan, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin fəaliyyətə başladığı 22 iyul tarixi Azərbaycanda “Milli Mətbuat Günü” kimi qeyd olunur. Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində «Əkinçi» qəzetinin nəşrinə nail olur. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub.  Bununla da milli mətbuatın əsası qoyulur. 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.
Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər. “Əkinçi”nin 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb. 
Həsən bəy Məlikov (Zərdabi) (1837-1907) - Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi («Cəmiyyəti-Xeyriyyə»,1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi (1873-cü il), Rusiyada ilk turkdilli qazetin «Əkinçi»-nin naşiri, Azərbaycan mətbuatının banisi (1875-ci il iyul ayının 22-si), Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı,
təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri(1906) olub. 

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. 
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi mətbuatın inkişafına da təsir etdi. Əsası Nəcəf Nəcəfov tərəfindən qoyulan «Azadlıq», eyni zamanda «Azərbaycan», «Odlar Yurdu» və s. kimi qəzetlər ictimai fikrin formalaşmasına ciddi təsir göstərdi. Hazırda ölkədə çoxlu sayda qəzet və jurnal nəşr olunur.  Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. 

Biz də bu gün öz peşə bayramını qeyd edən bütün həmkarlarımızı  Magazinews.az kollektivi adından təbrik edirik.

Digər Xəbərlər