13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

Səngərdəki əsgərin gözünü arxada qoyanlar... – Gecə paytaxtda nə baş verdi?


Dünən gecə Azərbaycan yatmadı, əsgərimiz səngərdə döyüşəndə insanımız paytax küçələrində orduya dəstək yürüşü edirdi. Gözəl mənzərə idi, Şəhidlər Xiyabanının önündə bütünləşən milli ruhu “idarəolunan xaos”a çevirmək cəhdləri başlayana qədər...

Gəlin əvvəlcə bir məsələdə razılaşaq: paytaxt küçələrində yürüş edən Azərbaycan insanının məqsədi cəbhədə döyüşən əsgərinə dəstək olmaq idi və bacardığı qədər buna nail oldu da. Lakin baş verənlərin siyasi məcraya yönləndirməkdən tutmuş siyasi-dini çətir altında istiqamətləndirilməsinə qədər təhlükəli oyunlar oynandığının da fərqindəyik.

1. Parlament binasına daxil olanlar, daha doğrusu kütləni qanunverici orqana doğru istiqamətləndirənlər;

2. Ordu ilə bağlı dəstək şüarlarını “istefa” şüarına çevirməyə cəhd edənlər;

3. Milli həmrəyliyi dini-məzhəb kontekstində təqdim etməyə çalışanlar;


Yürüşdə üç istiqamət – cəhd diqqət çəkdi və heç də təsadüfi deyildi.

Şübhəsizdir, 12 iyulda erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu təkcə hərbi yox, həm də müəyyən siyasi proseslərin nəticəsidir və bu təxribatın arxasında Ermənistanla yanaşı, rəsmi Bakının müstəqil siyasətinə və beynəlxalq platformada atdığı son addımlara qarşı olan qüvvələr var. Sərhəddə Azərbaycan əsgərinə hücum edilməsi ilə paytaxtda siyasi xaosun yaradılması cəhdləri də eyni planın hissəsi kimi görünür. Məsələ o deyil ki, Azərbaycan insanının milli həmrəylik yürüşünü Azərbaycana qarşı plan quranlar təşkil edib, məsələ odur ki, bu qüvvələr milli həmrəylik ruhunu siyasi maraqları üçün alətə çevirməyə çalışdılar. Bakı küçələrində edilən bu cəhdlərin arxasında birdən artıq qüvvənin olması ehtimalı da var.

- Azərbaycan əsgəri işğalçı ölkəyə ağır zərbələr endirdiyi vaxtda sosial şəbəkələrdə ordumuzla bağlı dezinformasiyalar tirajlanır; Azərbaycan insanının milli həmrəylik yürüşü neqativ emosiyalarla təhlükəli məcraya yönləndirilir; müəyyən qruplar parlament binasına daxil olur; yenə sosial şəbəkələrdə, Ermənistan mediasında və mənşəyi bəlli media resurslarında “Azərbaycanda xalq müharibəyə qarşı etiraz edir”, “Xalq parlamentə daxil oldu”, “Xalq küçələrə çıxdı, istefa tələb edir” tipli manipulyativ məlumatlar yayılır;

Baş verənlərin erməni KİV-i, sosial şəbəkə və müəyyən media resurslarında necə servis edilməsi bunun düşmənin “əlinə oynamaq” olduğuna şübhə yeri qoymur. Xalq bu oyunda iştirak etmir, məhz buna görə cəhdlər baş tutmadı, amma və lakin...

Müharibədə informasiya hərbi arsenal qədər həyati əhəmiyyət daşıyır. Bunu unutmamalıyıq. Dünən paytaxt küçələrində milli ruhu siyasi alətə çevirmək istəyənlərin manipulyativ və dezinformasiyaların “mənbəsi” rolunu oynaması bunu əyani şəkildə göstərdi.

Azərbaycan dünən gecə 90-cı illərin qaranlığını yenidən hiss etdi. Uzaq olmayan tarixdə xalqın milli ruhdan doğan emosiyalarının siyasi hədəflər üçün istifadə edilməsi bu gün əsgərimizin azad etmək üçün şəhid olduğu torpaqların işğalı ilə nəticələndi.

Arxa cəbhədə xaos olarsa, səngərdəki əsgər döyüşə bilərmi?
Şəhidlərə edilən hörmətsizliyi görüb necə şəhid olmaq istəyər?
Ya da orduya dəstək aksiyasının orduya qarşı çevrilməsi döyüşmək üçün ana qayda olan mövcud nizam-intizamı təhlükə altına atımırmı?


90-cı illərdə məhz bunları yaşadıq...

Bu gün Azərbaycan işğalçıya ağır zərbələr endirə bilirsə, bu, şəhidlərin qanı ilə qazanılan müstəqilliyin, sosial, iqtisadi, hərbi – bütün sferalarda əldə olunan uğurların, mövcud əmin-amanlıq və sabitliyin və dövlətin güclü olması sayəsindədir.

Səngərdəki əsgərə ən böyük dəstək gözünün arxa cəbhədə qalmasına imkan verməmək, düşmənə qarşı nümayiş etdirdiyimiz milli həmrəyliyi siyasi alətə çevirmək cəhdlərinə şərait yaratmamaq, şəhidlərimizin qanı ilə qurduğumuz bu dövləti qorumaqdır. Yalnız o halda qalib ola bilərik.

I Qarabağ müharibəsində bunu etmədiyimiz, edə bilmədiyimiz üçün məğlub olduq, ikincisinin birinci kimi olmasına imkan verməyək...

Asif Nərimanlı 

Digər Xəbərlər