18:58 Akademik Musiqili Teatrda premyera – “Killerdən teleqram” - VİDEO  |     18:22 CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi oldu - FOT/VİDEO  |     08:35 Musiqili Teatrın solisti Qazaxıstanda uğurla çıxış etdi - FOTO  |     17:20 Tezliklə CineMastercard-da Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi - VİDEO  |     09:49 Red Bull Soapbox Race 2024-ün qalibləri bəlli oldu - FOTO  |     14:18 "Red Bull Soapbox Race 2024" yenidən Bakıda! - FOTO  |     11:16 Musiqili Teatr Brestdə uğurla qarşılandı - FOTO  |     09:21 Akademik Musiqili Teatrda yeni mövsümün ilk premyerası olacaq  |     08:33 Sevgi̇ i̇lə dəli̇li̇yi̇n bi̇rləşməsi̇ndən yaranmış möhtəşəm cütlük  |     15:10 Dünya rekordçusu Alov Qüllələrini fəth etdi: Bakıdakı tarixi sleklayn hadisəsi - FOTO/VİDEO  |     09:18 Akademik Musiqili Teatr yeni mövsümə başladı - FOTO  |     14:17 CineMastercard kinoteatrında “Qarğa” mistik trillerin premyeradan öncə nümayişi baş tutub - VİDEO - FOTO  |     19:51 "Cütlüklər evlənmədən öncə eyni evdə..." - VİDEO  |     16:25 Yağlı dirək yarışının qalibləri müəyyənləşdi - FOTOlar  |     12:27 CineMastercard kinoteatrında “Milli Mətbuat Günü”  |     20:20 Qurban Qurbanovun görüntüləri marağa səbəb oldu - VİDEO  |     19:00 Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatra təşəkkür etdi - FOTO  |     11:10 CineMastercard kinoteatrında “Yaramaz Mən 4” cizgi filmi nümayişi ilə uşaq bayramı keçirildi - VİDEO - FOTO  |     18:11 İyulun 21-də Nərəkənd parkında Red Bull Yağlı Dirək yarışı keçiriləcək  |     19:35 CineMastercard kinoteatrlarında “Emanet” Türk filmi - VİDEO  |    

Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və "Bakı Metropoliteni" QSC tərəfindən metropoliten ərazisində formalaşan yeraltı qrunt sularından səmərəli istifadəyə hesablanmış layihənin icrasına start verilib.

ETSN-dən bildirilib ki, texniki məqsədlər, əsasən də yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından istifadəni nəzərdə tutan layihə çərçivəsində ilk mühüm addım “Nizami” metrostansiyasının yerləşdiyi ərazidə atılıb.

Baş nazirin müavini Şahin Mustafayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə edilməsini nəzərdə tutan layihənin icrası ilə tanış olublar.

Qeyd edək ki, layihə çərçivəsində qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi “Nizami-Elmlər Akademiyası” mənzilində müvafiq işlər icra edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ixtisaslaşmış laboratoriyası suyun tərkibini tədqiq edərək, müsbət rəy verdikdən sonra mühəndis-texniki qurğulardan suyun nəql edilməsini təmin edən xətt çəkilib. Artıq qrunt sularından paytaxtda yaşıllıqların suvarılması məqsədilə istifadə olunur.
Metropolitendə qrunt sularının debitinin kifayət qədər olduğu daha bir neçə sahədə araşdırmalar yekunlaşmaq üzrədir və həmin ərazilərdə də bu cür tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, aprel ayının 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videomüşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə ərazisində su ehtiyatlarının yaradılmasını, sudan səmərəli istifadə olunmasının aktuallığını xüsusi qeyd edərək, müvafiq komissiyanın yaradılması barədə qərarını açıqlamışdı.

Komissiya tərəfindən bir neçə istiqamətdə layihələrin icrasına başlanılıb.


///Oxu.Az

Digər Xəbərlər