08:35 Musiqili Teatrın solisti Qazaxıstanda uğurla çıxış etdi - FOTO  |     17:20 Tezliklə CineMastercard-da Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi - VİDEO  |     09:49 Red Bull Soapbox Race 2024-ün qalibləri bəlli oldu - FOTO  |     14:18 "Red Bull Soapbox Race 2024" yenidən Bakıda! - FOTO  |     11:16 Musiqili Teatr Brestdə uğurla qarşılandı - FOTO  |     09:21 Akademik Musiqili Teatrda yeni mövsümün ilk premyerası olacaq  |     08:33 Sevgi̇ i̇lə dəli̇li̇yi̇n bi̇rləşməsi̇ndən yaranmış möhtəşəm cütlük  |     15:10 Dünya rekordçusu Alov Qüllələrini fəth etdi: Bakıdakı tarixi sleklayn hadisəsi - FOTO/VİDEO  |     09:18 Akademik Musiqili Teatr yeni mövsümə başladı - FOTO  |     14:17 CineMastercard kinoteatrında “Qarğa” mistik trillerin premyeradan öncə nümayişi baş tutub - VİDEO - FOTO  |     19:51 "Cütlüklər evlənmədən öncə eyni evdə..." - VİDEO  |     16:25 Yağlı dirək yarışının qalibləri müəyyənləşdi - FOTOlar  |     12:27 CineMastercard kinoteatrında “Milli Mətbuat Günü”  |     20:20 Qurban Qurbanovun görüntüləri marağa səbəb oldu - VİDEO  |     19:00 Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatra təşəkkür etdi - FOTO  |     11:10 CineMastercard kinoteatrında “Yaramaz Mən 4” cizgi filmi nümayişi ilə uşaq bayramı keçirildi - VİDEO - FOTO  |     18:11 İyulun 21-də Nərəkənd parkında Red Bull Yağlı Dirək yarışı keçiriləcək  |     19:35 CineMastercard kinoteatrlarında “Emanet” Türk filmi - VİDEO  |     16:05 CineMastercard Barselonada keçirilən CineEurope sərgisində iştirak edib - FOTO  |     18:15 Bakıda maraqlı "evlilik təklifi" - VİDEO  |    

Prezident daha bir qanunda dəyişikliyi təsdiqlədi


Prezident İlham Əliyev “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

"Qafqazinfo"nun məlumatına görə, Qanuna əsasən, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

12-ci maddənin dördüncü-altıncı hissələri müvafiq olaraq beşinci-yeddinci hissələr hesab olunur və həmin maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:

“Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”.

Həmçinin, 13-cü maddənin birinci hissəsinin birinci cümləsində “büdcəsi,” sözü “büdcəsi və icra xidməti” sözləri ilə əvəz edilir, ikinci cümləsinə isə “büdcəsi” sözündən sonra “və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait” sözləri əlavə edilir.

Digər Xəbərlər