13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |    

Rusiyadan Ermənistana raket sistemləri daşınır


Rusiyadan Ermənistana “humanitar yardım” adı altında silah tədarükü davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Minval.az etibarlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu ərəfədə Rusiyadan Ermənistana 300 ədəd tank əleyhinə idarə olunan "Kornet" raket sistemi çatdırılıb. Silahlar 9 oktyabrda Moskvaya uçan, 10 oktyabrda isə Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanın Yerevana qayıtdığı Ermənistan Xarici İşlər Nazirliyinin 701 nömrəli A319 hökumət təyyarəsi vasitəsilə daşınıb. Yaxın vaxtlarda “Kornet” tank əleyhinə idarə olunan raketlə yanaşı, “İqla” portativ zenit raket sisteminin də olacağı başqa bir silah partiyasının Ermənistana təslim edilməsi gözlənilir.

Xatırladaq ki, Ermənistan, Qarabağdakı açıq hərbi məğlubiyyət fonunda, ölkəyə əsasən Rusiyadan əlavə silah tədarükü idxal etməyə çalışır. Ancaq həm Gürcüstan, həm də İran Ermənistana öz ərazilərindən hərbi yüklərin daşınmasını qadağan etdikləri üçün, Ermənistan silahları VIP uçuşlar da daxil olmaqla mülki təyyarələrlə, habelə rəsmi məlumatlara görə, Rusiyadan humanitar yardım aparan təyyarələrlə daşıyır. Bu əməliyyatların təşkilatçıları Ermənistan Müdafiə naziri David Tonoyan, sahibkar Samvel Karapetyan və "boz iş adamı", silah qaçaqmalçısı David Qalustyandır.
Bütün bu təhlükəli və təxribatçı fəaliyyət məhz Rusiya diplomatiyasının vasitəçi rolunu oynadığı və Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında rus həmkarı Sergey Lavrovun vasitəçiliyi ilə görüş təşkil etdiyi dövrdə həyata keçirilir.

İndi isə məlum olub ki, danışıqlardan sonra Moskvadan ayrılan Zohrab Mnatsakanyan təyyarəsinə 300 “Kornet” yükləyərək onları Yerevana aparıb.  
Bu cür fəaliyyətin Rusiya rəsmi orqanlarının xəbəri olmadan həyata keçirilməsinə inanmaq isə çox çətindir. Üstəlik, Rusiyanın rəsmi orqanlarının humanitar yardım adı altında erməni mülki təyyarələrinin Ermənistana silah daşımağından xəbərsiz olmasını təsəvvür etmək isə daha çətindir. Hər bir hava limanında gömrük, sərhəd nəzarəti, hava təhlükəsizliyi xidməti var ... Necə ola bilər ki, onlar hamısı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Çikaqo konvensiyasını kobud şəkildə pozan bu cür əməliyyatlardan xəbərsizdir?

Ən əsası, Rusiyanın vasitəçiliyi ilə bağlı sual yaranır: Bu necə olur? Moskva bir tərəfdən münaqişə tərəflərini barışdırmağa çalışır, digər tərəfdən Ermənistana silah tədarükünə davam edir? Bunu nə üçün bilərəkdən qaçaqmalçılıq sxemi üzrə edir? Sual Rusiya hökumətinədir.
Hansı ki, ən azı "humanitar yardım" adı altında mülki uçuşlarla silah tədarükü ilə bağlı vəziyyəti Moskva "barışıq" danışıqları fonunda aydınlaşdırmalıdır.

Digər Xəbərlər