British Council və Böyük Britaniyanın Bakıdakı səfrliyi altıncı onlayn Britaniya Film Festivalının açılışını elan edir

22-01-2021, 10:25
A+
A-

British Council, Böyük Britaniyanın Bakıdakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə hər il keçirilən Böyük Britaniya Film Festivalının altıncı buraxılışını elan edir. Bu il festival, 2021-ci il 22 Yanvar və 22 Fevral tarixləri arasında onlayn formatda, CoolConnections incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçiriləcəkdir.

MAGAZINEWS.AZ xəbər verir ki, ən həyəcanlı, düşündürücü və tənqidçilər tərəfindən bəyənilmiş yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətirilir. Böyük Britaniya Film festivalının 2021- ci il buraxılışında, bütün cəmiyyətlərdə tam və bərabər hüquqlu üzv kimi hər kəsin təkmilləşə biləcəyi bir dünyanı təbliğ edərək, əsas diqqəti əsrarəngiz qadınların lentə köçürülmüş qeyri-adi hekayələrinə çəkir. Böyük Britaniya Film Festivalı, filmlər vasitəsilə bərabərlik, müxtəliflik və inklüzivlik kimi başlıca dəyərlərə sadiqliyin təməl daşıdır.

Bütün filmlər, Azərbaycan dilində alt yazıların müşayiətində, İngilis dilində nümayiş etdiriləcəkdir. Böyük Britaniya Film Festivalının treylerini buradan izləyə bilərsiniz:


Filmlərə qeydiyyat linklərini izləyərək http://bit.ly/britishfilmfestival linkindən və ya daimi səhifəmiz www.britishfilmfest.az keçidindən baxa bilərsiniz.

Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 Yanvar 2021-ci il tarixindən mümkün olacaqdır. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə, 22 Fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaqdır

Bu il 16 fərqli ilhamverici film olacaq:

“Yırtıcı” (Ən yaxşı Böyük Britaniya Filmi kateqoriyasında BAFTA mükafatı namizədi), “Səma üçün” (Ən yaxşı sənədli film kateqoriyasında BAFTA mükafatı sahibi), “Kişilərlə üzmək”, “Sıxışdırılmış”, “Makiyaj”, “Rey və Liza”, “Mükəmməl onluq”, “Çəhrayı divar”, bundan əlavə, BAFTA ən yaxşı qısametrajlı film kateqoriyasında namizəd kimi, mükafata layiq görülmüş yeddi qısametrajlı film nümayiş etdiriləcəkdir. İlin diqqətəlayiq və nümunəvi, eləcə də mükafata layiq görülmüş “Səma üçün” filmində, qadın obrazının gözlərindən müharibə dəhşətlərinə edilən səyahətdən bəhs edilir. British Council, 22 Yanvar və 22 Fevral tarixləri arasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə rəsmi Facebook və YouTube səhifələrində Azərbaycanlı film mütəxəssisləri və sevərləri üçün incəsənət sahəsində bir sıra canlı fikir mülahizələrinə rəhbərlik edəcəkdir.

Mülahizələrdə Azərbaycandan bir sıra aparıcı xanım rejissorlar, prodüserlər və mütəxəssislər iştirak edəcəklər. Həmçinin, Cəmilə Abdulova tərəfindən təsis edilmiş Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyilə olan uzun-müddətli əməkdaşlığın bir hissəsi kimi işarə dilində Azərbaycan filmi olan “Nərgiz” ekranizasiyasını nümayiş etdiriləcək ( İngilis və Azərbaycan alt yazıları müşayiətində).

Cənab Samr Şah, British Council-ın ölkə üzrə direktoru, qeyd edir:

"Mən çox şadam ki, bu ilki Böyük Britaniya Film Festivalını onlayn formatda həyata keçirəcəyik. Bu yalnız insanların bütün bu mükəmməl filmləri öz evlərindən rahatca və təhlükəsiz şəkildə izləməsinə deyil, həm də ölkə miqyasında festivalın daha əlçatan olmasına və daha böyük auditoriyaya xidmət etməsinə şərait yaradacaqdır. Biz, eyni zamanda, bu ilki festivalın qadınlara həsr olunmasından qürur duyuruq və onların cəmiyyətdəki rolunun əhəmiyyətini dərk edir, yüksək qiymətləndiririk".