"Azerbaijan Fashion Week" start götürdü - VIDEO

20-05-2022, 23:50
A+
A-




Bu axşam pandemiya sonrası modasevərlərin qatıldığı, yerli və xarici modelyerlərin geyimlərinin nümayiş olunduğu ölkənin ən əsas moda tədbiri "Azerbaijan Fashion Week" start götürüb.

MagaziNews.Az xəbər verir ki, tədbir üç gün davam edəcək. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Tacikistandan olan moda nümayəndələri bir araya gələcək.

Dəb gecəsinə bir çox tanınmış sənət nümayəndələri, aparıcılar, stilistlər və media nümayənələri qatılıblar.

Azərbaycanda ən mühüm moda gecəsində səhnəmizin parlaq ulduzu Günay İbrahimliyə məxsus "İbrahimli boutigue"in bir-birindən maraqlı yeni kolleksiyası gecənin qonaqlarına təqdim olunub.

Media nümayəndələrinin suallarını cavablayan müğənni çox sevincli olduğunu nümayiş üçün ay hazırlıq getdiyini bildirib. Öz hobbisini şəxsi biznesə çevirdiyini və bundan yetərincə pul qazandığını deyib.

Qeyd edək ki, 16 geyimdən ibarət satış üçün nəzərdə tutulan olan kolleksiyada kokteyl, gecə ziyafət libasları və sırf əl işləri nümayiş olunub. 


Xatırladaq ki, dəb bayramı 20-22 may tarixlərində keçiriləcəkdir. “Biz birlikdəyik” ifadəsi isə Azərbaycan Moda Həftəsi 2022-nin 12-ci mövsümünün əsas şüarı olaraq seçilib.

Sözügedən Moda Həftəsi məhz moda sahəsində çalışanları, dizaynerləri, alıcıları, yerli və xarici mətbuatı, eləcə də bütün moda həvəskarlarını bir araya gətirən platformadır.


TURAL HÜSEYN  

FOTOLARIN MÜƏLLİFİ RAMİN QURBANOVDUR.