"Azerbaijan Fashion Week"də 2-Cİ GÜNDƏ YAŞANANLAR

22-05-2022, 14:43
A+
A-



Xəbər verdiyimiz kimi, modasevərlərin qatıldığı, yerli və xarici modelyerlərin geyimlərinin nümayiş olunduğu ölkənin ən əsas moda tədbiri "Azerbaijan Fashion Week" dəb günləri keçirilir. 

MagaziNews.Az xəbər verir ki, tədbirin  ikinci günündə Azərbaycan, Qazaxıstan və Tacikistandan olan moda nümayəndələrinin kolleksiyaları nümayiş olunub.

Azərbaycanda ən mühüm moda gecəsində ölkənin dəb kraliçası rəssam-modelyer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyə Xələfovanın zövqlü yeni kolleksiyası gecənin qonaqlarına təqdim edilib.

Nümayiş öncəsi jurnalistlərin suallarını cavablayan dizayner bunları deyib:

Ötən ilin dekabr ayında birinci moda həftəsində bir çox dizaynerlər Qarabağ mövzusu və möhtəşəm zəfərimizdən ilham alaraq öz kolleksiyalarını təqdim etdilər. Xarı bülbül çiçəyini vəsf olundu.Mən də "Qarabağ Şahzadəsi"adlı kolleksiyamı təqdim etdim.

Bu gün yaxınlaşan yay mövsümü ilə bağlı dizaynerlər 2022-ci ilin yaz-yay kolleksiyalarını nümayiş etdirirlər. Mənim kolleksiyamın adı isə "Bella Rosa"dır. (gözəl qızılgül) Hər əlbisəmizdə qızılgülün bir rəng tonlarını əks etdirmişəm. Kolleksiyamın adının iltalyanca qoymağımın səbəbi odur ki, kolleksiyama uyğun aksesuarlar tanınmış İtaliya brendinə məxsusdur. Brendin yaradıcısı da təqdimat üçün gəlib". 

Əməkdar incəsənət xadimi əlamətdar hadisə barədə də məlumat verib:

"İtaliyadan gözlənilməz sürpriz xəbər aldım. Mən İtaliyanın "San Valentino" adlanan ədim mədəniyyət mərkəzi tərəfindən "Sevgi səfiri" seçilmişəm, diplomla mükafatlandırıldım. Diplomda əsas simvol ürəkdir. Möhür isə qızılgül formasındadır. Mənim də Nuray ətirlər kolleksiyamın əsas simvolu ürəkdir. Bir də "Rosa del Amor"adlı (sevginin çiçəyi) ətirim var.  Mən öz yaradıcılığımda bu ideyanı, fəlsəfəni təbliğ etdiyimə görə mukafata layiq görüldüm. 

Bu beynəlxalq təşkilatdır. Təşkilatın əsas missiyası sevgini, gözəlliyi, mərhəməti  və xeyriyyəçiliyi təbliğ etməkdir. Gələcəkdə beynəlxalq tədbirlərdə səfir kimi iştirak edəcəyəm. Səfirlərin sayı çox deyil. Dünyada İtaliya, Yaponiya, İngiltərə və Amerikada var.  Mən isə dünyadakı ilk xanım səfirəm. Bu qürurverici haldır.

Düşünürəm ki, illər boyu yaradıcılıq fəaliyyətim, kolleksiyalarımın təqdimatı olub. Müxtəlif xeyriyyə tədbirlərində aktiv iştirak etmişəm, pedaqoji fəaliyyət göstərmişəm. Sevgi səfiri olaraq Azərbaycan xalqına xas olan ideyaları təbliğ edəcəyəm".

Qeyd edək ki, İtaliyadan gələn sevgi səfiri F.Xələfonanın yaradıcılıq işləri, sosial fəaliyyəti barədə Avropada məlumatlarının olduğunu bildirib. 

Xatırladaq ki, dəb bayramı 20-22 may tarixlərində keçiriləcəkdir. “Biz birlikdəyik” ifadəsi isə Azərbaycan Moda Həftəsi 2022-nin 12-ci mövsümünün əsas şüarı olaraq seçilib.

Sözügedən Moda Həftəsi məhz moda sahəsində çalışanları, dizaynerləri, alıcıları, yerli və xarici mətbuatı, eləcə də bütün moda həvəskarlarını bir araya gətirən platformadır. Təqdim olunan kolleksiyalarda kokteyl, gecə ziyafət libasları və sırf əl işləri nümayiş olunur. 



TURAL HÜSEYN