"Miss Turkvision Azerbaijan 2022"-in qalibi bəlli oldu

31-07-2022, 18:14
A+
A-


"Miss Turkvision Azerbaijan 2022" gözəllik yarışmasının final mərasimi keçirilib.

MagaziNews.Az xəbər verir ki, 10  finalçının qaqtıldığı gecədə iştirakçılar iki geyimlə jüri qarşısına çıxıblar.

Finalçılardan Nağızadə Müslümat, Bayramova Nəzrin, Mehdiyeva Mehri, Qurbanlı Fatimə, Səlimli Nigar, Vahabova Aişə, Bayramova Aysel, Bağırlı Zəhra, Heydərova Nərmin və Hacıyeva Səbinə qalib adı uğrunda mübarizə aparıblar.

Jüri masasında "Best Model of Azerbaijan 2004"-ün qalibi İlqar Əliyev, tanınmış məşqçi Kamil Zeynallı, bloqer Şəfəq Məmmədova, ötən yarışmanın ikincisi Aydan Kərimli və başqaları əyləşiblər.

Qeyd edək ki, jürinin səsverməsinin nəticələrinə əsasən, 1-ci yerin qalibi Qurbanlı Fatimə, 2-ci yer Nigar Səlimli, 3-cü yerə isə Mehdiyeva Mehri layiq görülüb.

Sonda dj və müğənnilərin iştirakı ilə "After Party" keçirilib.


Tədbirin informasiya dəstəkçilərindən biri MagaziNews.Az saytıdır.