2023-cü ilin ən yaxşı Hollivud stilistləri açıqlanıb - FOTO

31-03-2023, 15:50
A+
A-


“The Hollywood Reporter” 2023-cü ilin ən yaxşı Hollivud stilistlərinin siyahısını tərtib edib.

Müvafiq material nəşrin saytında yer alıb.

Belə ki, jurnal “The New York Times”ın keçmiş əməkdaşı, moda redaktoru Elizabet Stüartı birinci yerə qoyub. O, Culia Roberts, Keyt Blanşet, Sandra Balok, Cessika Çesteyn və Amanda Seyfried kimi məşhurlar üçün obrazlar hazırlayıb.


Bundan əlavə, siyahıya Sandra Amador, Cennifer Ostin, Ceyson Bolden, Kollin Karter, Molli Dikson və Lou Rouç kimi stilistlər daxil ediliblər.

Ledi Qaqa və stilist Sandra Amador

Ancela Basset və stilist Cennifer Ostin