"Miss Angel 2019" gözəllik yarışmasının qala gecəsi oldu
"Black Group"-un təşkilatçılığı ilə "Miss Angel 2019" gözəllik yarışmasının qala gecəsi baş tutdu.
Magazinews.Az-ın məlumatına görə, qalibiyyət uğrunda 12 xanım iştirakçı mübarizə aparıb.
Qeyd edək ki, qaliblərin müəyyən olunması canlı səs vermə əsasında bəlli olub.
Münsiflər heyətində tanınmış insanlar yer alıb. Onların sırasında High Live Model Akademiyasının rehberi Mübariz Allahverdizadə, tanınmış stilist Saxara, Karete-Do federasiyasının prezidenti Vilayət Əmirov, Beynəlxalq moda təşkilatçısı Pərviz Əzimzadə və başqaları olub.
Yarışmada 1-ci yeri münsiflərin canlı səs verməsi ilə Turanə İbrahimova qazanıb.
"Miss Angel 2019" titulunu isə qazanan Turanə İbrahimova olub. O, rəqiblərini səs çoxluğu ilə geridə qoyub.
Yarışmada 2-ci və 3-cü yerləri Sevda Hacıyeva, Nərmin Tanrıverdiyeva tutub.
Layihə sosial şəbəkələrdə məhşurlar tərəfindən paylaşılaraq geniş izləyici kütləsi əldə edib.
Qeyd edək ki, lahiyənin direktoru tanınmış top model Orxan Orucludur.
Layihənin informasiya dəstəyi Magazinews.Az saytına məxsusdur.
Qala gecədən olan şəkilləri sizə təqdim edirik:
Dəb / Manşet
13-04 02:39
Digər Xəbərlər
Şou-Biznes / Manşet
07-10 16:30