"Azərbaycanlı stilist məşhur türk serialı "Hercai"də"
Azərbaycanlı stilist Nərmin Abbaslı məşhur türk serialının aktyorları ilə yaxından tanış olmaq üçün, ekran işinin çəkildiyi Midyat şəhərinə, serialın setinə gedib.
Magazinews.Az-ın məlumatına görə, stilist filmin yaradıcı heyəti tərəfindən çox gözəl qarşılanıb.
Stilistimiz ekran işinin baş rol ifaçıları Akın Akınozü, Ebru Şahin və digər aktyorlarla görüşərək, onlarla səmimi ünsiyyət qurub.
Aktyorlar Azərbaycan müğənnilərini çox sevdiklərini və çəkiliş arasında bizim milli musiqiləri, muğamları dinlədiklərini bildiriblər. Onlar aparılan hədiyyə və milli şirniyyatlarımızı çox bəyəndiklərini deyiblər.
Bütün çəkiliş heyəti ilə tanış olan stilist Nərmin Abbaslı onları vətənimizə dəvət edib. Onlar yaxın zamanda kollektiv şəkildə şəhərimizin qonağı olacaqlar.
Tanışlıq sırasında Türkiyəli serial ulduzlar stilistin əl işlərini görüb, çox bəyəndiklərini qeyd ediblər.
Stilistimizə filmin makiyaj ustası olaraq, qalıb işləmək təklif edilib. Ancaq onun Bakıda öz şəxsi salonu olduğu üçün, həmçinin müştərilərinin tələbatına görə, bu təklifi qəbul etməyib.
Qeyd edək ki, stilist Nərmin Abbaslı Azərbaycanı dünya çempionatında təmsil etmiş vizajistlərdəndir. O, həm gəlin vizajistidir, həm də tələbələr yetişdirir.
Dəb / Manşet
24-04 14:19
Digər Xəbərlər
Şou-Biznes / Manşet
07-10 16:30