14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO


Aprelin 21-də Misirin İsgəndəriyyə şəhərində 10-cu “Miss Eco International” gözəllik və ekoloji maarifləndirmə müsabiqəsi keçirilib. Tədbirə dünyanın müxtəlif ölkələrindən 60 iştirakçı qatılıb.


AZƏRTAC xəbər verir ki, builki müsabiqə ətraf mühitin və bioloji müxtəlifliyin qorunmasının vacibliyinə dair qlobal mesaj vermək məqsədilə keçirilib və bunun dayanıqlı turizm inkişafı ilə sıx bağlı olduğu vurğulanıb. Tədbirin açılışında dünyada ekologiyanın qorunması üçün müxtəlif tədbirlərin keçirildiyi və COP konfranslarının əhəmiyyəti qeyd olunub. Ötən il Bakıda baş tutmuş COP29 konfransının ətraf mühit problemlərinə diqqətin cəlb edilməsi üçün mühüm tədbir olduğu bildirilib.

Tədbirdə iştirak edən Azərbaycan səfiri Elxan Poluxov yerli mediaya müsahibəsində COP29 konfransı və onun nəticələri barədə danışıb, dövlətimizin ekoloji məsələlərə diqqət göstərdiyini və bu sahədə əhəmiyyətli tədbirlər həyata keçirdiyini vurğulayıb.

Tədbirin təşkilatçıları bildiriblər ki, müsabiqə çərçivəsində keçirilən tədbirlər zamanı nadir təbii sərvətlərin - mərcan rifləri, manqrov meşələri, vəhşi heyvanlar, eləcə də Misirin Vadi əl-Camal qoruğunda yerləşən unikal geoloji quruluşlu abidələrin qorunmasının vacibliyi xüsusi vurğulanıb.

Müsabiqənin təsisçisi və münsiflər heyətinin sədri doktor Əmal Rızq bildirib ki, builki iştirakçılar təkrar emal olunmuş materiallardan hazırlanmış geyimlərin dizaynı və təqdimatında bir-biri ilə yarışıblar. Onun sözlərinə görə, bu təşəbbüsün əsas məqsədi ətraf mühitin qorunmasında təkrar emalın əhəmiyyətinə diqqət çəkməkdir. O, həmçinin qeyd edib ki, layihə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. “Əgər tullantılardan gözəllik yarada bilsək, bu, ətraf mühitə nəfəs almaq üçün yeni bir fürsət deməkdir”, - deyə Əmal Rızq vurğulayıb.

Müsabiqə müddətində müxtəlif mədəni və əyləncəli proqramlarla yanaşı, iştirakçıların milli geyimlərinin nümayişi, istedadlarını və ümumi dünyagörüşlərini sərgilədikləri mərhələlər, həmçinin axşam geyimi yarışları keçirilib.

Müsabiqənin münsiflər heyətində Misirin tanınmış dizaynerləri, kino və media nümayəndələri, eləcə də yeganə beynəlxalq ekspert kimi azərbaycanlı fashion dizayner Zəhra Poluxova yer alıb. O, ölkəmizi beynəlxalq münsif kürsüsündə uğurla təmsil edib. Onun bu sahədə artıq xeyli təcrübəsi var. Zəhra Poluxova ötən il “Miss Eco Teen International” və “Top Model of Azerbaijan 2024” kimi nüfuzlu moda layihələrində də iştirak edib. Gənc yaşına baxmayaraq, onun dizayn etdiyi geyimlər həm özü, həm də Türkiyə və Misirin tanınmış müğənniləri və moda ustaları tərəfindən istifadə olunub və yüksək qiymətləndirilib.

Bu ilin qalibi filippinli model Aleksiye Kaimos Bruks olub. O, tacı keçən ilin qalibi - ukraynalı model Angelina Usanovadan qəbul edib.






Dəb 23-04 19:23

Digər Xəbərlər