"Miss & Mister Top Model Azerbaijan 2020" ilk kastinginin vaxtı və yeri bilindi

11-12-2019, 17:33
A+
A-

Dekabır ayının  15-i, saat 14:00-da Shah Palace Hotel Baku-da, "Miss & Misster Top Model Azerbaijan 2020"  Milli top-model müsabiqəsinin  ilk seçim mərhələsi keçiriləcəkdir. Geyim sərbəstdir. Şəxsiyyət vəsiqəsi iştirakçıların üzərində olmalıdır.

"Miss & Mister Top Model Azerbaijan" müsabiqəsinin digər müsabiqələrdən əsas fərgi həm Azərbaycanda, həm də xaricdə tanınan, yeni başlayan və ya artıq model sahəsində təcrübəsi olan insanların qatıla bilməsidir - təşkilatçı söyləyib.

Hər il olduğu kimi, müsabiqənin finalçılarına dəyərli hədiyyələr təqdim olunacaq, eyni zamanda Azərbaycan şou-biznesi və moda sahəsinə daxil olmaq imkanı yaradılacaqdır.

Bundan əlavə, "Miss Top Model Azerbaijan 2020" və "Mister Top Model Azerbaijan 2020" titullarının sahibləri Azərbaycanı "Miss & Mister Top Model of the World" beynəlxalq müsabiqəsində təmsil etmək imkanı qazanacaqlar.

Xatırladaq ki, 21 iyun tarixində keçirilən "Miss & Mister Top Model Azerbaijan 2019" -un qalibləri Xəyalə Əsgərova və Fərrux Rəcəbov olublar.

Daha çox məlumat üçün müsabiqənin İnstagramdakı rəsmi səhifəsinə müraciət edin:@missmistertopmodel.az.

Layihənin informasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az və Magazinews.Az saytlarıdır.