13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |     22:45 “4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO  |     18:34 “CineMastercard”da tarixi dram “Mevlana Mest-i Aşk” - VİDEO  |     12:05 3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar  |     10:06 Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ  |     16:05 CineMastercard-da “Tron: Ares” filminin nümayişi keçirildi - VİDEO - FOTOlar  |     14:36 Əminə Yusifqızı vəfat etdi  |     13:52 "CineMastercard"da Ümumdünya Kosmos Həftəsi çərçivəsində"Kosmik Filmlər Festivalı" keçiriləcək  |     09:30 “Formula 1”də evlilik təklifi - VİDEO  |     12:30 İlk dəfə efirdə birgə görüntüləndilər: ərindən xanəndəyə sevgi dolu SÖZLƏR - VİDEO  |     20:25 Ərindən boşandı - aylığı 20 min dollarlıq kirayə evdə qalacaq - FOTO  |     20:43 Aygün Kazımovanın qızı İlqarə ƏRƏ GEDİR?  |     13:00 Avropada çəkilmiş ilk tammetrajlı Azərbaycan filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     12:15 “CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu - FOTO/VİDEO  |     12:08 Red Bull Half Court Azerbaijan 2025: Basketbol coşqusu Bakını fəth edəcək!  |     21:05 Aysunun səhnə geyimi müzakirələr yaratdı - VİDEO  |    

"Çelentanonun oxşarı Bakıda" - "CELENTANO Tribute Show" baş tutdu - Foto/Video


Ötən gün Heydər Əliyev adına Sarayda dünyaca məşhur "CELENTANO Tribute Show" baş tutub. Konsert proqramı dünya ulduzu Adriano Çelentanonun 80 illik yubileyi münasibəti ilə keçirilib.

Magazinews.Az xəbər verir ki, şou ilk dəfə Azərbaycanda tamaşaçılara təqdim olunub. Aktyor və müğənni kimi fəaliyyət göstərən Maurizio Schweizer, Adriano Celentanonun "rəsmi əkiz"-idir. Konserti izləyən tamaşaçılar onlar qarşılarında çıxış edənin Adriano Celentanonun özü olduğundan şübhə etməyiblər.

Paytaxt Bakıda ikinci dəfə qonaq olduğunu bildirən Schweizer konsert öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandırıb:
"Bu gün bəzi yerlərlə tanış oldum. Çox gözəl olduğunu deyə bilərəm. İtaliyada Neapol adlı şəhər var. Bakı ora eynilə bənzəyir. Musiqinizi dinlədim, gözəl mədəniyyətiniz var. Mətbəxinizin təamlarının dadına baxdım, çox bəyəndim. İtaliyada məni Çelentanonun karyerasının müxtəlif dönəmlərinə olduğu görkəmə bənzədirlər. Onun filmlərdəki geyimlərindən istifadə etmişəm. Bura gəlmədən öncə bir çox ölkələrdə çıxışlarım oldu. Çelentanonun özü ilə ara-sıra görüşürük. Onun vaxtı az olur. İtaliya televiziyaları üçün animasiyalar hazırlayır. Özü bilir ki, onun rəsmi pərəstişkarıyam. Hər yerdə onun konsertlərini təşkil edirəm. Bundan çox məmnundur. 
Baş tutan şou öz rəngarəngliyi ilə tamaşaçıların zövqünü oxşayıb. Səbəbkar səhnədə Çelentanonun kostyumlarının tam eynisindən istifadə edib.  Maurizio əfsanəvi əkizinin obrazının səsi və hərəkətlərini inanılmaz bacarıqla təkrarlayıb. O, Çelentanonun ən sevilən hitlərini bir-birinin ardınca səsləndirib.
Qeyd edək ki, “Celentano Tribute Show” dünyanın bir çox ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçılara inanılmaz anlar bəxş edir. Bunların sırasında ABŞ, Fransa, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Ukrayna, İspaniya və başqaları yer alır.

Magazinews.Az tədbirdən olan foto və videonu təqdim edir:

Foto:Sübhan İsmayılov



Digər Xəbərlər