18:58 Akademik Musiqili Teatrda premyera – “Killerdən teleqram” - VİDEO  |     18:22 CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi oldu - FOT/VİDEO  |     08:35 Musiqili Teatrın solisti Qazaxıstanda uğurla çıxış etdi - FOTO  |     17:20 Tezliklə CineMastercard-da Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi - VİDEO  |     09:49 Red Bull Soapbox Race 2024-ün qalibləri bəlli oldu - FOTO  |     14:18 "Red Bull Soapbox Race 2024" yenidən Bakıda! - FOTO  |     11:16 Musiqili Teatr Brestdə uğurla qarşılandı - FOTO  |     09:21 Akademik Musiqili Teatrda yeni mövsümün ilk premyerası olacaq  |     08:33 Sevgi̇ i̇lə dəli̇li̇yi̇n bi̇rləşməsi̇ndən yaranmış möhtəşəm cütlük  |     15:10 Dünya rekordçusu Alov Qüllələrini fəth etdi: Bakıdakı tarixi sleklayn hadisəsi - FOTO/VİDEO  |     09:18 Akademik Musiqili Teatr yeni mövsümə başladı - FOTO  |     14:17 CineMastercard kinoteatrında “Qarğa” mistik trillerin premyeradan öncə nümayişi baş tutub - VİDEO - FOTO  |     19:51 "Cütlüklər evlənmədən öncə eyni evdə..." - VİDEO  |     16:25 Yağlı dirək yarışının qalibləri müəyyənləşdi - FOTOlar  |     12:27 CineMastercard kinoteatrında “Milli Mətbuat Günü”  |     20:20 Qurban Qurbanovun görüntüləri marağa səbəb oldu - VİDEO  |     19:00 Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatra təşəkkür etdi - FOTO  |     11:10 CineMastercard kinoteatrında “Yaramaz Mən 4” cizgi filmi nümayişi ilə uşaq bayramı keçirildi - VİDEO - FOTO  |     18:11 İyulun 21-də Nərəkənd parkında Red Bull Yağlı Dirək yarışı keçiriləcək  |     19:35 CineMastercard kinoteatrlarında “Emanet” Türk filmi - VİDEO  |    

Paşinyanı çətin vəziyyətə salan “HARDtalk”un aparıcısından maraqlı cavablar


BBC –nin hər buraxılışı dünya üzrə 60-80 milyon insan tərəfindən izlənilən məşhur "HARDtalk" proqramının müəllifi və aparıcısı, dünyanın nüfuzlu siyasi xadimlərini kəskin sualları ilə “divara dirəyən, bu günlərdə Ermənistanın Baş Naziri Nikol Paşinyanı da sualları ilə rəzil duruma salan  Stiven Sakur özü də zaman-zaman sosial şəbəkələrdə izləyicilərinin suallarını cavablandırır. Ona daha çox sual ünvanlayanlar isə təbii ki, ustad televiziyaçının təcrübəsindən bəhrələnmək istəyən jurnalistlər olur. 

"Qafqazinfo" Modern.az-a istinadən məşhur jurnalistin suallara cavabından bir neçəsini təqdim edir:

- Əgər müsahibin söz ehtiyatı azdırsa, qısa və yığcam danışırsa, buna paralel olaraq verilişin sona çatmasına da  xeyli qalmasına baxmayaraq suallar da tükənibsə, Siz necə hərəkət edirsiniz?

- Mənim suallarım heç zaman tükənmir! Mən düşünürəm müsahibə sırasında jurnalistin yeni sual və mövzuları ortaya çıxmalıdır. Bu bacarıq jurnalistdə varsa, müsahibin əgər başlanğıcda ətraflı danışmaq həvəsi olmasa,  belə sonradan bu həvəs yaranır.

- Heç olubmu ki, bir sual vermək istəmisiniz, amma bu barədə sual verməyin etik olmadığını, belə bir şeyi soruşmağın dəhşətli olduğunu düşünmüsünüz və nəticədə bu sual verilməyib. Yoxsa Siz heç bir vaxt belə bir vəziyyətə düşməmisiniz? Əgər insan verilən suala dəqiq cavab vermirsə, sualdan yayınırsa, onda konkret cavabı almaq üçün hansı hallarda müsahibi növbəti suallarla “sıxışdırmaq” lazımdır.  Və hansı halda “sıxışdırma” suallarını dayandırıb növbəti suala keçmək lazımdır?

- Əgər görsəm ki, sual yersiz və kobud alınır, mən təbii ki, o sualı vermirəm.  Amma məhz müsahibin hisslərinə toxunduğuna görə sualdan imtina edib – etmədiyimi soruşursunuzsa, buna cavabım “xeyr” olacaq. Ən azı o hallarda ki, mən müsahibə götürdüyüm siyasətçi və dövlət xadimlərindən  istədiyim bütün məlumatları əldə etməliyəm. Yox əgər müsahibim şəxsi faciəsi olan birisi, keçmiş girov və ya dəhşətli cinayət qurbanının yaxınıdırsa, o zaman mən insanların yaralı yerlərinə toxunub-toxunmayacağıma diqqət edirəm... Amma konkret suala konkret cavab almaq vacibdir. Mən sualımı o zamana qədər təkrar edə bilərəm ki, auditoriya müsahibimin suala birmənalı olaraq cavab vermək istəmədiyini anlasın. Bu halda tamaşaçılar özləri nəticə çıxara bilirlər.

- Müsahibiniz hər cəhdlə sualdan yayındığı zaman daxili əsəb gərginliyi keçirirsinizmi? Ümumiyyətlə, bu vəziyyətlərdə nə kimi hisslər keçirirsiniz?

-  “HardTalk”da müsahibə başlayan zaman mən, adətən, həyəcanlanmıram.  Amma görsəm ki, müsahib birbaşa cavabdan qaçır, o zaman mən istədiyim cavabı almaq üçün başqa üslublara əl atıram. Etiraf edim ki, buna heç də həmişə nail ola bilmirəm, amma bu cür intellektual çağırışlar çox xoşuma gəlir.

- Nüfuzlu siyasi xadimlərin qarşısında bu cür israrçı davranmaq Sizi qorxutmurmu?

- Öz işimlə məşğul oluramsa, məni heç nə qorxutmur. Amma studiyanı tərk edərkən müsahibənin yaxşı alınmadığını anlayıramsa,  o zaman ciddi xəyal qırıqlığı yaşayıram.

- Peskovla (Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov—A.B) müsahibədən sonra hansı hissləri keçirdiniz? Onun vəziyyətdən çıxmaq bacarığı Sizi heyrətləndirdimi?

-  Mən Peskovun cavablarından şoka düşmədim. O, çox təcrübəli mətbuat katibidir və sözlərlə manipulyasiya etmək sahəsində ustadır. Peskov öz mövqeyini müdafiə etməyi çox gözəl bacarır. Putin boşuna ona etibar etmir.

- Vladimir Putindən müsahibə götürməyi düşünürsünüzmü? Belə bir planınız varsa, nə vaxta nəzərdə tutursunuz?

- Putindən müsahibə götürməyi çox istəyirəm və bu arzumu Peskov və Lavrov vasitəsilə də çatdırmışam. Amma, hələlik, Kremldən müsbət cavab almamışam.

- Necə bir ailədən çıxmısınız? Harada və nə təhsili almısınız? Peşəkar fəaliyyətinizlə yanaşı maraq dairənizə daha nələr daxildir?

- Mən İngiltərənin şərqində bir kənddə fermer ailəsində böymüşəm. Kənddən çıxıb getmək istəyirdim. Ona görə də jurnalist olmağa qərar verdim. Fermer işi ilə məşğul olmaq çətindir.  Mən Kembric və Harvardda tarix üzrə təhsil almışam. Maraq dairəm genişdir – ailə, idman, xüsusilə də futbol və tennis, kino, teatr, incəsənət, bağçılıq.  Bağda çalışmağı sevirəm, hesab edirəm ki, bağçılıq insan sağlamlığı üçün çox faydalıdır. Mən, həmçinin, səyahət etməyi də çox sevirəm.

- Keçmişdən kimlərdən müsahibə götürmək istərdiniz?

- XX əsrin triumviratı – Stalin, Hitler və Maoya çox sualım var.

Digər Xəbərlər