20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |     14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |    

Ölkənin ən güclü basketbolçuları Red Bull Half Court turnirində yarışacaq


13 avqust, 16:00-da ölkənin ən yaxşı qadın və kişi basketbolçuları 3x3 basketbol üzrə Red Bull Half Court turnirinin Milli Finalında yarışacaq.


Magazinews.az xəbər verir ki, Bibiheybət yolu, Basketbol meydançasında baş tutacaq milli finalda qalib gələn komandalar Serbiyada keçiriləcək Red Bull Half Court turnirinin beynəlxalq finalında ölkəmizi təmsil etmək şansı qazanacaq. 

Red Bull Half Court turnirinə ümumilikdə 80 komanda qeydiyyatdan keçib. Onlar arasında qadın komandalar avtomatik olaraq milli final mərhələsində vəsiqə qazanır. Kişi komandalarından isə seçim mərhələsini keçən 16 komanda milli finalda yarışacaq.  

FIBA 3x3 qaydalarına əsasən tənzimlənən Red Bull Half Court turnirində 10 dəqiqə davam edən hər oyunda ən yüksək 21 xalı toplayan və bütün mərhələləri uğurla tamamlayan komandalar qalib elan olunur. Qalib gələn qadın və kişilərdən ibarət komandalar 28 ölkənin iştirak edəcəyi Serbiyada keçiriləcək beynəlxalq finala yola düşəcək.  

Red Bull Half Court planetin ən qlobal stritbol turniridir. Basketbolun ən sürətli versiyası olan 3x3 oyunlarında əsas məqam rəqibin müdafiəsini qırmaq və qeyd olunan vaxtda ən çox səbətə top ataraq maksimum xalları toplamaqdır. 

Oyunun tərəfdaşları olan Azərbaycan Basketbol Federasiyası və Bank VTB Azərbaycan ilə birlikdə Red Bull Half Court yerli basketbol komandalarına bir addım daha önə keçməyə və öz oyunlarını bütün dünyaya göstərməyə imkanı yaradır. 

 

Giriş sərbəstdir.

 

Ətraflı məlumat: Red Bull Half Court Azərbaycan 2023


VIDEO https://youtube.com/shorts/nu7dluuAOOQ?feature=share

 

 



Digər Xəbərlər