Red Bull BC One Cypher Azerbaijan breykdans yarışması baş tutub - FOTO

18-02-2024, 14:30
A+
A-


17.02.2024 tarixində Red Bull BC One Cypher Azerbaijan breykdans yarışması çərçivəsində Harmony Dance Studio-da yarışın xarici münsiflərinin master-klasları baş tutub.


18.02.2024-cü ildə "Passage 1901" məkanında baş tutacaq Red Bull BC One Cypher Azerbaijan yarışmasından öncə yarışın münsifləri gənc b-girl və b-boylarla master-klas keçiriblər. Master-klas çərçivəsində Red Bull BC One Dünya Finalının 2 qat qalibi Kastet ləqəbli Nataliya Kiliyaçkina, 

Red Bull BC One Cypher Türkiyənin dəfələrlə qalibi olmuş Jester ləqəbli Oğuzhan Karademir və Predatorz komandasının üzvü Beatmaster ləqəbli Artyom Əliyev gənc breykerlərlə öz təcrübələrini bölüşüblər.