“Rüstəm Müslümov qalibiyyətlərindən söz açdı”-FOTO/VIDEO

2-02-2019, 00:57
A+
A-

Azərbaycanın tanınmış idmançılarından olan Rüstəm Müslümov öz qalibiyyətləri barədə Magazinews.Az saytına müsahibə verib.

Magazinews.Az “Kempo karate” ilə qələbələri sıralayan idmançının müsahibəsini təqdim edir:

“Bir çox Beynəlxalq turnirlərdə və çempionatlarda iştirak etmişəm, qalibiyyətlərim olub. Polşa, Əlcəzair Portuqaliya, Rumuniya və İsrail idmançıları üzərində qələbələrim olub. Gürcüstanda 2-ci yerə layiq görülmüşəm. BƏƏ-nin Abu-Dabi şəhərində dünya kubokunda iştirak etmişəm. Türkiyənin Antalya şəhərində, dünya çempioanatında 3-cü yerə layiq görülmüşəm. İsrail və Rumuniya idmançıları üzərində parlaq qalibiyyətlər qazanmışam. Ardınca digər dünya çempioanatında, Macarıstanda Polşa idmançısı üzərində qələbəm olub. Əlcəzairdə isə finalda Fransa idmançısına məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə layiq görülmüşəm. Daha sonra AvroAsia Çempioanatında İranli idmançı üzərində qalib gələrək yarışın birincisi oldum.
Bundan əlavə, “MMA” qaydasız döyüş üzrə Bakıda keçirilən Beynəlxalq turnirde professional döyüşçülər arasında yarışda iştirak etdim. İran idmançısı üzərində qələbə qazandım.
2018-ci ildə Avropa çempioanatına yollandım. Rumuniyada Portuqaliya və Rumuniya idmançıları üzərində  inamlı qələbələrim oldu. Finalda isə yerli idmançıya məğlub olub 2-ci pilləni tutdum”.

Pəşəkar idmançı tövsiyyələrini də bildirib:
“Məşqçilər bütün idman növlərində həm diqqəti, həm hissiyatı, həm də texnikanı, dözümlülüyü öyrətmək lazımdır. Bu zaman istedad da yaranmağa başlayır. Belə olduğu halda, nailliyyətlər bir-birinin ardınca gəlir”.