16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |     16:10 “CineMastercard”da Azərbaycan dilində dublyaj olunan “Paddinqton 3” komediyası - VİDEO - FOTOlar  |     19:50 Musiqili Teatrda qırğızların balet-tamaşası alqışlarla qarşılandı - FOTO  |     19:13 Akademik Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıdıb - FOTO  |     18:10 Əfsanəvi Ronaldinyo “CineMastercard”da kimsəsiz uşaqlarla görüşüb - FOTO  |     16:09 Mədəniyyət “CineMastercard” kinoteatrında “Tağıyev: Neft” filminin təqdimatı keçirilib - VİDEO - FOTO  |    

“MİNİONS” KOMANDASI RED BULL FOUR 2 SCORE ÖLKƏ FİNALININ QALİBİ OLDU - FOTO



Minions” komandası “Red Bull Four 2 Score Azerbaijan”ın çempionları oldular!


 

“Red Bull Four 2 Score Azerbaijan”ın final oyununda “Şirinlər” komandası ilə qarşılaşan “Minions” komandası Ölkə Finalının qalibi elan olundular.  

 

Rəsmi tərəfdaşların Dənizkənarı Bulvar İdarəsi və AFFA olduğu “Red Bull Four 2 Score Azerbaijan” mini-futbol turnirinin qalibləri bəlli oldu. 21.04.2024-cü il tarixində Dənizkənarı Bulvar ərazisində keçirilən “Red Bull Four 2 Score Azerbaijan”ın Ölkə Finalında 16 komanda iştirak edib.  13,14, 20 aprel tarixlərində keçirilən Seçim Mərhələlərindən keçən 16 komanda Ölkə Finalında “Red Bull Four 2 Score” Dünya Finalında iştirak uğrunda mübarizə aparıb. 

Bütün oyunları qələbə ilə başa vuran “Minions” komandası sentyabr ayında Almaniyanın Leypsiq şəhərində keçiriləcək “Red Bull Four 2 Score” Dünya Finalında iştirak haqqı qazanıb. 

 

Dənizkənarı Bulvar ərazində keçirilən “Red Bull Four 2 Score Azerbaijan” turnirində Futbol üzrə Azərbaycan Milli Komandasının üzvləri, bloger, influenser və tanınmış şəxslər iştirak edib. Tədbirdə aparıcı və ev sahibi rolunda tanınmış aparıcılar Sənan Şəfizadə və Seyran Babayev çıxış edib. 

Qeyd edək ki, qalib “Minions” komandası sentyabr ayında ölkəmizi Almaniyanın Leypsiq şəhərində keçiriləcək “Red Bull Four 2 Score” Dünya Finalında təmsil edəcək. 

 


Red Bull Four 2 Score barədə bilməyi olduğunuz hər şey: 

 

 

Red Bull Four 2 Score dünyanın müxtəlif nöqtələrindən olan həvəskar komandalara öz ölkəsini təmsil etmək şansı verən dinamik mini-futbol oyunudur. 2024-cü ilin sentyabr ayında keçiriləcək Dünya Finalından öncə ölkə çempionları müəyyən edilir.
 

  1. Artıq ikinci dəfədir ki keçirilən Red Bull Four 2 Score-un Dünya Finalında 25 ölkədən olan həvəskar futbol komandası mübarizə aparacaq. Braziliya, ABŞ, BƏƏ, Misir və müxtəlif qitələrdən olan digər komandaların iştirak etdiyi Red Bull Four 2 Score qlobal futbol mədəniyyətini nümayiş edir;
  2. 16-35 yaş arası həvəskar oyunçuların iştirak etdiyi bu turnirdə iştirakçılar kiçik meydançada hücum futbolu bacarıqlarını göstərirlər. Mükafat sentyabr ayında RB Leypsiq futbol klubunun stadionunda keçiriləcək Dünya Finalında öz ölkəsini təmsil etməkdir;
  3. Yarışma Red Bull-un “güc futbolu” fəlsəfəsini unikal matç və yarış format ilə oyunçulara təqdim edir. 4 nəfərlik komandaların mübarizə apardığı bu oyunda qapıçı və fasilə yoxdur, oyun 10 dəqiqə davam edir, ilk və sonuncu dəqiqədə vurulan qol 2 sayılır;
  4. Red Bull Zalsburq FK, Red Bull Bragantino, New York Red Bull, RB Leypsiq FK kimi Red Bull-un bir neçə ən nüfuzlu klubu Dünya Finalına çıxan müxtəlif ölkələrin iştirakçılarına dəstək olmaq üçün bu yarışmaya cəlb olunub.


 

www.redbullfour2score.com





 


Digər Xəbərlər