19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |    

Növbəti dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq - FOTO

 

9 iyun tarixində Dənizkənarı Bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə Milli finalı keçiriləcək.

Seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı Omanda təmsil etmək üçün yola düşəcək.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək. Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.

2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran dünya şöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün növbəti dəfə Bakıya gələcək. Qeyd edək ki, Abdo ötən il də “Red Bull Car Park Drift Azerbaijan”ın qonağı olmuşdu. O həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift”yarışının da qalibidir.

“Red Bull Car Park Drift” yarışı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilir.

Tədbirin xüsusi qonağı tanınmış ifaçı Orxan Zeynallı olacaq. O, öz tanınmış hitləri ilə drift trekində çıxış edəcək.

Bu il, tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara bilet satışı həyata keçirilir.

Biletləri iticket.az saytından və ya şəhərin kassalarında əldə edə bilərsiz.

Əlavə olaraq, seyr edənlərin əyləncəli vaxt keçirməsi üçün tədbirin ərazisində müxtəlif aktivliklər nəzərdə tutulub. Odur ki, bütün drift həvəskarlarını 9 iyun, saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində gözləyirik.





Digər Xəbərlər