13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |    

Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!


9 fevral 2025-ci ildə Şahdağ Turizm Mərkəzində keçiriləcək Red Bull Qaçaqaç – qışın ən ekstremal və əyləncəli yarışlarından biri olacaq. Snoubord və xizək sürənlər sürət, çeviklik və yaradıcılıqlarını nümayiş etdirərək müxtəlif nominasiyalarda qalib olmaq üçün mübarizə aparacaqlar.


18 yaşdan yuxarı hər kəsin iştirak edə biləcəyi yarışda əsas qayda sadədir.

İştirakçılar 2351 metr hündürlükdə yerləşən start nöqtəsindən xizək və snoubordlarına tərəf 100 metr qaçmalı, onları tez bir zamanda geyinib ən sürətli şəkildə finiş xəttinə çatmalıdırlar. Fiziki dözümlülük, çeviklik və taktiki düşüncə burada əsas rol oynayacaq.

Red Bull Qaçaqaç 2025 tədbiri Dongfeng brendinin dəstəyi ilə keçirilir.


Yarış çərçivəsində beş fərqli kateqoriya üzrə qaliblər seçiləcək:

- Ən sürətli snoubordçu (qadın)

- Ən sürətli snoubordçu (kişi)

- Ən sürətli xizəkçi (qadın)

- Ən sürətli xizəkçi (kişi)

- Ən kreativ geyim nominasiyası


Hər kateqoriyanın qalibləri 500 AZN, Red Bull xizək eynəyi (Ski Goggles) və Şahdağ Turizm Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim ediləcək.

Üstəlik, xizək və snoubord kateqoriyalarında birinci olan qadın və kişi iştirakçıları, SportSystem mağazası tərəfindən Şahdağ Turizm Mərkəzi yerləşən 5 fərqli əyləncəyə kupon qazanacaq. Ən kreativ geyim nominasiyasının qalibi isə paraplanla uçuş fürsəti əldə edəcək.

Red Bull Qaçaqaç yalnız yarışla məhdudlaşmır. Həyəcan dolu yarış başa çatdıqdan sonra, iştirakçılar ənənəvi Après-Ski partisində bir araya gələrək, unikal atmosfer və əyləncədən zövq alacaqlar.


Qeydiyyat Artıq Açıqdır!

Yarışda 18 yaşdan yuxarı həm peşəkarlar, həm də həvəskarlar iştirak edə bilərlər.

Qeydiyyat üçün link: REDBULL.AZ/QACHAQACH






Digər Xəbərlər