13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO


Qış mövsümünün ən maraqlı və ekstremal yarışlarından biri olan Red Bull Qaçaqaç sona çatdı. 200-dən çox iştirakçının qatıldığı bu yarışda xizək və snoubord sürənlər bir araya gəldi.

Şahdağ Turizm Mərkəzində baş tutan yarışda iştirakçılar 2,351 metr yüksəklikdən start götürərək əvvəlcədən hazırladıqları snoubord və xizəklərinə doğru 100 metr qaçmalı, onları sürətlə geyinərək 5 kilometrlik məsafəni qət etməli idilər.

 

Dongfeng Azərbaycan brendinin dəstəyi ilə keçirilən Red Bull Qaçaqaç yarışında 5 qalib müəyyən olundu:

🏆 Ən sürətli snoubordçu (qadın) – Nuranə Musayeva

🏆 Ən sürətli snoubordçu (kişi) – Elçin Məmmədov

🏆 Ən sürətli xizəkçi (qadın) – Nurel Hacıbəyli

🏆 Ən sürətli xizəkçi (kişi) – Ceyhun Balamətov

🏆 Ən kreativ geyim qalibi – Evgeniy Borordin

 

Qaliblər 500 AZN pul mükafatı, Red Bull eynəyi və Şahdağ Turizm Mərkəzindən müxtəlif hədiyyələr qazandı. Ən sürətli snoubordçu və xizəkçilər Sport System mağazasından 5 əyləncə kuponu, ən kreativ geyim qalibi isə paraplanla uçuş əldə etdi.

Tədbir boyunca qonaqlar xüsusi olaraq ayrılmış “Dongfeng Lounge” zonasında istirahət edərək əyləncəli vaxt keçirdilər. Eyni zamanda, onlar Dongfeng avtomobili ilə yaxından tanış olmaq imkanı da əldə etdilər.

Red Bull Qaçaqaç yarışı ölkəmizdə artıq üçüncü dəfə keçirilir və dünyanın bir çox ölkəsində tanınan “Red Bull Homerun” formatına əsaslanır. Yarışın məqsədi qış idman növlərini daha da populyarlaşdırmaq və iştirakçılara həyəcan dolu və unudulmaz anlar yaşatmaqdır.






Digər Xəbərlər