“Cinemaplus” Həbib Nurməhəmmədovla Dastin Puaryenin döyüşünü nümayiş etdirəcək

31-08-2019, 11:11
A+
A-

“Cinemaplus” Həbib Nurməhəmmədovla Dastin Puaryenin döyüşünü nümayiş etdirəcək.

Magazinews.Az xəbər verir ki, “CinemaPlus” Premimum Kinoteatrında sentyabrın 7-si 22:00-da Dağıstan çempionu Həbib Nurməhəmmədovla amerikalı döyüşçü Dastin Puarye arasında Əbu-Dabidə keçirilən UFC döyüşü nümayiş etdiriləcək.

Həbib qalibiyyət kəmərini iki dəfə qorumağı bacarıb. Onun çiynində UFC-nin 12 döyüşü və 27 qalibiyyəti əks olunub. Puarye isə çempionluq uğrunda ilk dəfə mübarizəyə qoşulacaq. O, 12 dəfə nokaut etməklə, 25 qalibiyyət əldə edib və 5 məğlubiyyətə tab gətirib.

Qeyd edək ki, biletin qiyməti 7 AZN təşkil edir. Tələsin, yerlər məhduddur!

“CinemaPlus” kinoteatrı hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.