Şeydayevin sabiq baş məşqçisi onu Suareslə müqayisə etdi: "Ramili çalışdırdığım üçün xoşbəxtəm"

8-09-2019, 15:13
A+
A-

2021-ci il Avropa çempionatının seçmə mərhələsində Bakıda millimizə 1:2 hesablı məğlubiyyətlə başlayan Slovakiya U-21 yığmasının baş məşqçisi Adrian Gula azərbaycanlı futbolsevərlərimizə tanış mütəxəssisdi. Axı, 44 yaşlı mütəxəssis millimizin hücumçusu Ramil Şeydayevin Slovakiyanın "Jilina" klubunda baş məşqçisi olub. O, Ramillə bağlı fikirlərini bölüşüb.

Gula Sport24.az-a açıqlamasında Şeydayevlə bağlı maraqlı, gözlənilməz müqayisə aparıb:

"Ramil həm yaxşı oğlandı, həmdə yaxşı futbolçu. Onun böyük potensialı, yaxşı göstəriciləri var. Hətta Şeydayevi oyun üslubuna görə məşhur Luis Suareslə müqayisə edərdim. İstəsə, daha yaxşı zirvələrə qalxa bilər. Şeydayevin baş məşqçisi olduğum üçün xoşbəxtəm".
 
Xatırladaq ki, Şeydayev 2016/17 mövsümün ikinci yarısında müqaviləylə məxsus olduğu "Trabzonspor"un "Jilina"ya 6 aylıq icarəyə verməsiylə burda çıxış edərək Slovakiya çempionu olub.