Azərbaycan ilk xalını Xorvatiya ilə oyunda qazandı - Fotolar+Video

10-09-2019, 11:38
A+
A-

"Avro-2020"nin seçmə mərhələsində VI turun oyunları keçirilir.

Azərbaycan millisi də doğma azarkeşləri önündə Xorvatiya millisini qəbul edib.

Oyunda hesabı qonaqlar açıb. Luka Modriç penaltidən fərqlənib. Lakin ikinci hissədə millimiz bərabərlik qolunu vurmağı bacarıb. Təmkin Xəlilzadə möhtəşəm qola imza atıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. Bununla millimiz seçmə mərhələdə ilk xalını qazanıb.

Fotolar: Pərvin Zeynal

AVRO-2020-nin seçmə mərhələsi
VI tur
E qrupu
9 sentyabr
20:00. Azərbaycan - Xorvatiya - 1:1

Qol: Təmkin Xəlilzadə, 72 - Luka Modriç, 11 (pen)
Baş hakim: Sandro Şarer
Baş hakimin köməkçiləri: Stefan De Almeyda, Alain Heiniqer
Dördüncü hakim: Fedayi San
Bakı. “Bakcell Arena” stadionu

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18.Anton Krivotsyuk, 21. Pavel Paşayev. 22. Cavid Hüseynov

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlasiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartolets

///Qafqazinfo


Video: http://qafqazinfo.az/news/player?id=263195&l=/uploads/files/Azerbaijann vs Croatiaa 1-1 All Goals & Highlights 2019 HD.mp4