14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO



4 may 2025-ci il tarixində Azərbaycanda qlobal xeyriyyə tədbiri olan Wings for Life World Run yenidən təşkil olunacaq.


Qaçış bu il də App Run (tətbiq) formatında baştutacaq və Bakı Dənizkənarı Bulvarındakı Bayraq Meydanının qarşısından, yerli vaxtla saat 15:00-da start veriləcək.

 

Wings for Life World Run həmqaçanlar, həm də əlil arabasında iştirak edənlər üçün nəzərdə tutulmuş unikal bir qlobal qaçışdır. Bu tədbir eyni tarixdə və eyni saatda dünyanın onlarla ölkəsində start götürərək iştirakçılar arasında bərabərlik yaradır.


Yürüşün ən fərqli cəhəti isə ənənəvi finiş xəttinin olmamasıdır. Qaçış başladıqdan 30 dəqiqə sonra virtual yaxalama avtomobili (Catcher Car) iştirakçıların arxasınca hərəkətə keçir və getdikcə sürətlənərək onları "yaxalayır". Avtomobil sənə çatdığıanda isə sənin şəxsi finişin sayılır.

 

Bu beynəlxalq tədbirin məqsədi onurğa beyni zədələrinin müalicəsinə yönəlmiş elmi tədqiqatlara dəstək olmaqdır. İştirak haqqının 100%-i bilavasitə Wings for Life fonduna köçürülərək bu sahədə aparılan həyati əhəmiyyətli klinik tədqiqatların maliyyələşdirilməsinə sərfolunur. Qaçabilməyən milyonlarla insan üçün ümid olmaq, onların həyatına təsir etmək bu yürüşün əsas məqsədini təşkil edir.

 

Yürüşdə iştirak etmək istəyənlər “Wings for Life World Run” mobil tətbiqini smartfonlarına yükləyərək qeydiyyatdan keçə bilərlər. 

Tətbiq həm iOS, həm də Android cihazlar üçün ödənişsiz şəkildə əlçatandır.


İştirakçılar tədbirə qoşulduqdan sonra tətbiqvasitəsilə həm marşrutlarını izləyə, həm də virtual yaxalama avtomobilinə qarşı nə qədər irəlilədiklərini görəbiləcəklər.

 

Wings for Life World Run tədbiri inklüziv formatı ilə seçilir və fiziki hazırlıq səviyyəsindən, yaşdan və bacarıqdan asılı olmayaraq hər kəsin iştirakına açıqdır. Qaçmaq, yerimək və ya əlil arabasında qoşulmaq mümkündür – əsas olan bir məqsədə birləşməkdir: qaça bilməyənlər üçün qaçmaq.

 

Əlavə məlumat və qeydiyyat üçün:
 
🌐redbull.az/wflwr

Tədbir tarixi: 4 may 2025
Saat: 15:00 (yerli vaxtla)
Məkan
Bakı Dənizkənarı Bulvarındakı Bayraq Meydanı

 





Digər Xəbərlər