"Natural Bodibildinq və Fitness üzrə "İNBA AZƏRBAYCAN" çempionatı keçirilib - VİDEO

11-11-2019, 13:31
A+
A-

Ötən gün DTX Mədəniyyət Mərkəzində "İnba Qlobal Natural Bodibilding və Fitness üzrə "İNBA AZƏRBAYCAN" çempionatı keçirilib. 

Magazinews.Az xəbər verir ki, müxtəlif yaş qruplarında idmançıların qatıldığı yarış rəngli görüntülərlə yadda qalıb.

Tədbir iştirakçılarına yarış öncəsi idman və rəqs nümunələri proqramı təqdim olunub.

Bundan əlavə, tamaşaçılar sırasından qeyd etdiyimiz idman növü ilə məşğul olanlar səhnəyə dəvət olunaraq, qalib seçilib. 

Ölkəmizdə ilk dəfə keçirilən yarışın qalibləri peşəkar hakim heyyətinin qərarı ilə müəyyənləşib.

Qeyd edək ki, yarışın baş hakimi sözügedən Federasiyanın prezidenti Elnur Şıxəliyevdir.