AFFA-nın XXVIII növbəti Konfransı keçirildi
“Bulvar otel”də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının XXVIII növbəti Konfransı keçirilib.
Konfransda 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev açıq səsvermə yolu ilə 4-cü dəfə assosiasiyanın prezidenti seçilib.
Tədbir zamanı AFFA prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, baş katib Elxan Məmmədov çıxış ediblər.
Rəsmilər ölkə futbolunun inkişafı, görülən işlər və sağlam həyat tərzinin təbliği ilə bağlı nitq söyləyiblər.
Tədbir zamanı UEFA və FIFA əməkdaşları Tyerri Favre və Emily Shaw çıxış ediblər.
Daha sonra həyata keçirilmiş işlər barədə videoçarx tədbir iştirakçıları üçün nümayiş olunub.
Konfransda,həmçinin, qurumun İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib. Nizamnaməyə uyğun olaraq, İcraiyyə Komitəsinə də seçki açıq səsvermə yolu ilə keçirilib.
İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehtiyeva AFFA İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
İclasda yeni qərarlar qəbul olunub. Qurumun baş katibi vəzifəsini yerinə yetirən Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti təyin edilib. Elxan Məmmədov icraçı vitse-prezident olmaqla yanaşı həm də baş katib olaraq işinə davam edəcəyini qeyd edib.
Vaqif Sadıqov, Elşad Nəsirov və Rauf Əliyev vitse-prezident vəzifəsinə təyin olunublar.
İdman / Manşet
28-01 16:02
Digər Xəbərlər
Şou-Biznes / Manşet
07-10 16:30