“Strict-Curl” idman növü üzrə Respublika çempionatı keçiriləcək
Dünyada artıq populyar olmağa başlayan “Strict-Curl” idman növü üzrə respublikanın ən güclüləri müəyyən olunacaq.
Bu barədə “Strong Men” federasiyasının nəznində olan “Strict-Curl” idman növünün rəhbəri Camal Əhmədzadə saytımıza açıqlamalar verib:
“Strict-Curl” idman növü dünyada yeni populyar olmağa başlayıb. Bu idman növü üzrə beynəlxalq yarışlar ilk dəfə Amerikada olub. Orada məşhurluq qazandıqdan sonra isə Rusiyada keçirməyə başladılar. Artıq çox məşhurluq qazanmağa başlayıb. Azərbaycandan bu idman növünün beynəlxalq yarışlarında ilk iştirakçısı mən oldum. 2019 da Gürcüstanın Batumi şəhərində bu idman növü üzrə Qaradəniz kuboku keçirildi. Ora ilk azərbaycanlı idmançı olaraq qatılıb qalib oldum. Bakıya qayıdandan sonra bu idmanı Azərbaycana gətirməyi qərara aldıq. Bu güc idman növü olduğuna görə, “Strong Men” federasiyasının tərkibinə idman növü kimi daxil edilib. Bu idman növünün də Azərbaycanda rəhbəri mənəm”.
Federasiya rəhbəri bu idman növünün yaxında baş tutacaq yarışı barədə də məlumat verdi:
“Bu il mart ayının 18-i Bakı İdman sarayında “Strict-Curl” idman növü üzrə ilk respublika çempionatı keçiriləcək. Bu çempionatı elə keçirtmək istəyirik ki, dünya çempionatından geri qalmasın. Səhnəsi və təşkilatçılığı mükəmməl səviyyədə olmağını istəyirik. Bu çempionatdan sonra milli yığma komandanın tərkibi də təyin ediləcək. Daha sonra iyun ayında Rusiyanın Soçi şəhərində bu idman növünün Avropa çempionatı keçiriləcək. Komanda olaraq, yarışa qatılıb çıxış etmək istəyirik. İlk respublika çempionatımıza həvəskarlar da qatıla bilərlər. Yeniyetmələr, 13-18 yaşlı qızlar və kişilər, 19 yaşı tamam olmuş və daha yuxarı yaşda kişilər çempionatda mübarizə aparacaqlar. Çəki dərəcələrinə gəldikdə isə 56 kq-dan başlayaraq 140+kq-a qədər idmançılar bu yarışda öz güclərini sınayacaqlar. İdmançılar 80 kq, 95 kq, 110 kq, +110 kq çəki dərəcələrində çıxış edəcəklər. Bu yarışda həm düzgün texnika, həm də çəki dərəcəsinin önəmi var. Bu idman növbünü öz səhnəsi var. Hər səhnədə yarışı iki hakim idarə edir. Biri idmançının hərəkləti düzgün yerinə yetirməsinə nəzarət edir, digəri isə komandalar verir”.
Qeyd edək ki, 18 mart tarixində Bakı İdman sarayında yarışlar Loglift, Deadlift, Axle lift, Dumbbell lift hərəkətləri üzrə "Stronglift" Azərbaycan çempionatı keçiriləcək. Özünü bu yarışlarda sınamaq istəyən hər bir idmançı yarışa dəvətlidir. Yarışda iştirak edən hər bir şəxsin hədiyyə qazanma şansı olacaq. Qalib lotereya üsulu ilə qutudan çıxan adlarla müəyyənləşəcək. Şanslı iki şəxsə smartfon telefonları hədiyyə ediləcək. Digər çempionlara isə kuboklar təqdim olunacaq.
Tural Hüseyn
Magazinews.Az
İdman / Manşet
16-02 16:01
Digər Xəbərlər
Şou-Biznes / Manşet
07-10 16:30