Mas-reslinq üzrə Bakı kuboku keçirilib

2-03-2020, 20:19
A+
A-


Fevral ayının 22-si Abşeron Olimpiya İdman kompleksində Mas-reslinq idman növü üzrə Bakı şəhər kuboku yarışı keçirildi.

10 rayon və 14-dən çox klubun iştirakı ilə keçirilən yarışda 100-dən çox idmançı iştirak edib.

Yarışda Bakı şəhər Gənclər və İdman Baş idarəsi nümayəndələri, Mas-reslinq Federasiyası rəsmiləri, eləcə də bir sıra fəxri qonaqlar iştirak edirdi.

7 saat davam edən yarış gərgin mübarizələrlə yadda qaldı.

Yarışın açılış mərasimindən sonra yarışın təşkilatçısı Mahir Talıbov Mas-reslinq idman növündə göstərdiyi xidmətlərinə görə, Fikrət Məlikov və Ariz Əliyev beynəlxalq yarışlarda yüksək səviyyədə hakimlik etdiyinə görə, Cahangir Yaqubov 2019-cu ildə göstərdiyi idman nəticələrinə görə Federasiya prezidenti Ramiz Əliyev tərəfindən fəxri fərmanlarla mükafatlandırıldılar.

İdmançılar - uşaqlar, yeniyetmələr, gənclər və kişi yaş qrupları ilə yarışdılar. Qaliblərə diplom və medallar, eləcə də dəyərli hədiyyələr təqdim olundu.

Yüksək səviyyədə təşkil olunmuş yarış gərgin mübarizə ilə yadda qaldı.

Yarışın təşkilatçısi, yeniyetme və gənclərin baş məşqçisi Mahir Talıbov müsahibəsində bildirib:

“Yarışı keçirməkdə məqsədim gənclərin idmana cəlb edilməsi, keçirilən yarışların yüksək səviyyədə olması, qarşıdakı beynəlxalq yarışlara hazırlıq, yığma komandanın tərkibinin müəyyən edilməsi idi. Yarış yüksək səviyyədə təşkil olunmuşdur. İdmançıların sayi gozlədiyimizden də çox oldu. 10 rayon və 14 klub yarışımızda istirak edir.bu idman növünə maraq çox artıb. İdmançılar və məşqçilər maksimim nəticə göstərmək üçün çalışırlar. Klublar arasında birincilikdə Ekob Gym Komandası xüsusilə fərqləndi 18 medal qazanan komanda xüsusi hazırlanmış hədiyyə ilə təltif olundu. Bildiyimiz kimi, ölkə başçısı cənab prezident İlham Əliyevin qərarı ilə 2020-ci il könüllülər ili elan olunub. Məhz, həmin qərara əsasən, yarışa 10-a yaxın könüllü cəlb edilib. Onlar yarışının yüksək səviyyədə təşkil olunmasında çox fəal iştirak ediblər. Federasiya tərəfindən onlar üçün xüsusi olaraq təşəkkürnamələr hazırlanıb. Bu könüllülərin yarışa cəlb olunması idman yarışları tarixində bir ilkdir. İlk dəfə olaraq, Mas-reslinq Bakı kubokunda 2020-çi il könüllər ili elan olunması ilə bağlı belə bir tədbir həyata keçirilmişdir. Onlara təşəkkürnamələr və dəyərli hədiyyələr təqdim olundu”.