Gimnastımız Mina Abbasova bir gündə 3 medal qazanıb
Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə “Bahar kuboku-2020” beynəlxalq turniri keçirilir.
Ev sahibi Macarıstanla yanaşı, Rusiya, Avstriya, Xorvatiya, Almaniya, Slovakiya, Kipr, Ukrayna, Sloveniya idmançılarının iştirak etdikləri yarışda Azərbaycanı bir çox beynəlxalq gimnastika turnirlərinin qalibi olmuş balaca gimnastımız Mina Abbasova təmsil edib.
Müxtəlif yaş kateqoriyalarından olan 200-dən artıq gimnastın çıxış etdiyi yarışa Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dəstəyi ilə qatılan Mina 2010-cu il təvəllüdlü gimnastlar arasında bu dəfə də öz möhtəşəm çıxışları ilə həmyaşıdlarından fərqlənməyi bacarib və turnirin favoritinə çevrilib.
Balaca gimnastımız alətsiz hərəkətlərdə birinci, halqa ilə hərəkətlərdə ikinci yeri qazanaraq, ümumilikdə turniri 2 qızıl, 1 gümüş medalla başa vurub.
Qeyd edək ki, Mina Abbasova indiyə qədər dünyanın müxtəlif ölkələrində 42 medal (17 qızıl, 21 gümüş, 4 bürünc) qazanıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
İdman / Manşet
10-03 14:04
Digər Xəbərlər
Şou-Biznes / Manşet
07-10 16:30