15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |     14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |    

Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır


Red Bull-un sürətli və dinamik küçə futbolu turniri Four 2 Score Azərbaycanda böyük coşqu ilə davam edir.

Lənkəran və Gəncədə keçirilən seçmə mərhələlərinin ardından milli finala ilk vəsiqələrini qazanan komandaların adları artıq məlum olub. Lənkəranda komandalar final yeri uğrunda qızğın mübarizə apardı: birinci yarımfinalda “Minionlar” komandası “Qartalı” 4:0 hesabı ilə məğlub etdi, ikinci yarımfinalda isə “Fırtına Lənkəran”- “Kənarmeşəni”  5:3 hesabı ilə üstələyərək milli finala adını yazdırdı. Beləliklə, Lənkəranı milli finalda “Minionlar” və “Fırtına Lənkəran” komandaları təmsil edəcək.

Gəncədə isə birinci yarımfinalda “Gold” komandası “Kürpool” üzərində 7:1 hesabı ilə inamlı qələbə qazanaraq milli finala yüksəldi, ikinci yarımfinalda “Mikrorayon” komandası FHN-i 2:1 hesabı ilə keçərək vəsiqə əldə etdi. Nəticədə Gəncəni milli finalda “Gold” və “Mikrorayon” komandaları təmsil edəcək.

Növbəti seçmə mərhələsi 1–3 may tarixlərində Bakıda keçiriləcək.

Milli final isə 9 may tarixində EGP Arena - Avropa Oyunları Parkında baş tutacaq.

Burada Bakı, Gəncə və Lənkərandan seçilən namizəd komandalar Azərbaycanın ən güclü komandası olmaq və dünya finalına vəsiqə qazanmaq uğrunda mübarizəyə qoşulacaq.

Qalib komanda 29 avqust 2026-cı ildə Kanadanın Toronto şəhərində keçiriləcək Red Bull Four 2 Score Dünya Finalında Azərbaycanı təmsil edəcək.

Bakı- seçim mərhələləsi üçün qeydiyyatdan keçmək və Red Bull Four 2 Score ilə bağlı bütün yenilikləri izləmək üçün rəsmi səhifəyə keçid et: http://redbull.az/four2score



Digər Xəbərlər