Çempionlar Liqası: İkinci finalçı “Bavariya” oldu - VİDEO

20-08-2020, 10:55
A+
A-

Çempionlar Liqasında ikinci finalçı da müəyyənləşib.

Oxu.Az xəbər verir ki, növbəti yarımfinal oyununda “Lion”la “Bavariya” üz-üzə gəlib. Görüşün taleyini üç qol həll edib.

Almanların yarımmüdafiəçisi Serj Qnabrinin ilk hissədəki dublu və Levandovskinin ikinci hissədəki bir qolu komandanı həlledici görüşə çıxarıb.

Çempionluq uğrunda oyunda “Bavariya” ilə PSJ üz-üzə gələcək.

Maraqlıdır ki, hər iki komandanın baş məşqçisi almaniyalı mütəxəssislərdir. “Bavariya”nı Hans-Diter Flik çalışdırırsa, PSJ-yə Tomas Tuxel başçılıq edir.

Final görüşü avqustun 23-də baş tutacaq.