13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!


İyulun 26-da İçərişəhərin tarixi küçələri ilk dəfə “Red Bull Pəhləvan” yarışının meydanına çevriləcək. İştirakçılar 1,7 kilometrlik marşrut boyunca güc, sürət, tarazlıq, çeviklik və dözümlülük tələb edən funksional maneələri dəf edərək “Red Bull Pəhləvan” adı uğrunda mübarizə aparacaqlar. Azərbaycanın pəhləvanlıq ənənəsindən ilhamlanan layihə qədim irsi müasir idman formatında yenidən təqdim edir. Burada qalibiyyəti yalnız fiziki güc deyil, iradə, xarakter və son maneəyədək mübarizə aparmaq bacarığı müəyyən edəcək.


“Red Bull Pəhləvan” İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas tərəfdaşlığı və təşkilati dəstəyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Azərbaycan Zorxana İdman Federasiyasının (AZİF) dəstəyi ilə həyata keçirilir. Yarışın rəsmi media tərəfdaşı CBC Sport-dur.

DÜNYA ÇEMPIONU İDA MATILDA ILƏ AÇIQ MASTER-KLAS

Red Bull Pəhləvan proqramı yarış günündən əvvəl başlayır. İyulun 24-də ikiqat OCR dünya çempionu və HYROX elit 15 atleti Ida Matilda idmançılar və funksional fitnes həvəskarları üçün açıq master-klas keçirəcək.
İştirakçılar dünya səviyyəli atletin məşq metodları ilə yaxından tanış olacaq, maneələrin düzgün və effektiv dəf edilməsi, gücün məsafə boyunca bölüşdürülməsi, tarazlığın və dözümlülüyün qorunması və yarış zamanı diqqətin cəmlənməsi üzrə praktiki biliklər əldə edəcəklər. İda Matilda həmçinin peşəkar idman karyerasından, böyük yarışlara fiziki və psixoloji hazırlıq prosesindən və təzyiq altında düzgün qərar verməyin əhəmiyyətindən danışacaq. Görüş iştirakçılara suallarını birbaşa dünya çempionuna ünvanlamaq və onun təcrübəsindən faydalanmaq imkanı yaradacaq.

Tarix: 24 iyul
Saat: 19:00
Məkan: Vikings Hammer İdman Zalı


Layihə çərçivəsində idmançılar və idman ictimaiyyəti üçün bir sıra digər xüsusi görüş və tədbirlərin də keçirilməsi nəzərdə tutulur.

YARIŞI CANLI İZLƏ

İyulun 26-da İçərişəhərin küçələrindən keçən yarış marşrutu tamaşaçılar üçün tam açıq olacaq. Hər kəs marşrut boyunca istədiyi nöqtədən yarışı canlı izləyə, iştirakçıların maneələri necə dəf etdiklərini yaxından görə və “Red Bull Pəhləvan”ın enerjisini hadisələrin tam mərkəzində yaşaya biləcək.

Burada tamaşaçı ilə yarış arasında məsafə olmayacaq - bütün İçərişəhər canlı tribunaya çevriləcək.
Tamaşaçılar üçün giriş sərbəstdir və əvvəlcədən qeydiyyat tələb olunmur.

Məkan: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tarix: 26 iyul 2026
Başlanğıc: 15:00
Giriş: sərbəst


Ətraflı məlumat : https://www.redbull.com/az-az/events/red-bull-pehlevan



İdman 22-07 23:20

Digər Xəbərlər