“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində! - YENİLƏNİB+FOTO/VİDEO

27-08-2020, 12:55
A+
A-
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyunu başa çatıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
  
Qarşılaşmanın 22-ci dəqiqəsində Matiç, 63-cü dəqiqəsində Mahir Emreli komandamızın heyətində fərqləniblər.

“Şerif”in yeganə qoluna isə 78-ci dəqiqədə Kastaneda imza atıb.

Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust

“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) - 2:1

Qollar: Uroş Matiç, 22 (pen.), Mahir Emreli, 63 – Kastaneda, 78