"Kəpəz" "Turan Tovuz"a qalib gəldi
Misli Premyer Liqasında III turun növbəti oyunu baş tutub.
Magazinews.Az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən qarşılaşmada “Kəpəz” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini müəyyənləşdirən yeganə qol ikinci hissənin əvvəlində vurulub. 47-ci dəqiqədə Viktor Stina dəqiq zərbə ilə “Kəpəz”ə üstünlük qazandırıb.
Qeyd edək ki, III turun əvvəlki oyunlarında “İmişli” “Şəfa”nı 1:0 hesabı ilə məğlub edib. “Qəbələ” – “Şamaxı” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 0:0.
İdman / Manşet
30-08 20:45
Digər Xəbərlər
Şou-Biznes / Manşet
11-09 17:10
Şou-Biznes / Manşet
11-09 14:20
Şou-Biznes / Manşet
11-09 13:50
İdman / Manşet
11-09 00:54
Şou-Biznes / Manşet
10-09 13:43
Şou-Biznes / Manşet
10-09 10:50
