İnək sağmaq istəyən Lautaro Martinezin qorxulu və komik anları - VİDEO

7-09-2020, 11:35
A+
A-

Milli komandaların oyunları ilə əlaqədar fasilədən istifadə edən “İnter”in hücumçusu Lautaro Martinez istirahətini maraqlı keçirir.

Sevgilisi Auqustino Qandalfo ilə birlikdə Alp dağlarının ətəklərində istirahət edən hücumçu aqro-turizm mərkəzində kənd təsərrüfatı ilə məşğul olmaq istəyib.

Burada inək sağmaq istəyən oyunçunun başına maraqlı hadisə gəlib.

Belə ki, sağım zamanı inəyin birdən ona tərəf baxdığını görən Martinez işini yarımçıq qoyaraq kənara sıçrayıb. Onun bu hərəkəti ətrafdakı insanların gülüşü ilə nəticələnib.

Görüntüləri təqdim edirik: