09:15 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" matçı ilə start götürəcək  |     00:54 "Sabah" 4:0 uduzdu  |     21:01 Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb  |     09:55 "Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)  |     09:35 “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq  |     08:50 Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb  |     16:33 Coy-Lens Mikels Georgi Adamiyanın göstəricisini təkrarlayıb  |     13:50 Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi  |     11:50 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib  |     23:10 “Qarabağ” çətin qələbə qazandı  |     20:10 Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib  |     10:10 "Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı  |     20:53 “Sabah” “Zirə”ni darmadağın etdi  |     14:25 "Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir  |     09:33 Premyer Liqada IV turun matçları keçiriləcək  |     08:43 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu  |     22:33 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     09:15 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir  |     16:45 "Kəpəz" cərimələnib  |     16:36 Kadi Borgesə ağır cəza  |    

Böyük futbol Gəncəyə qayıtdı: Mövsümün tamaşaçı rekordu qırıldı


Misli Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub.

Magazinews.Az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Gəncədə baş tutan və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşan "Kəpəz" - "Turan Tovuz" derbisini tribunalardan 13 500 azarkeş canlı izləyib.

Qeydə alınan bu böyük rəqəm həm cari mövsümün mütləq rekordu, həm də son 10 çempionat ərzində qeydə alınan ən yüksək ikinci göstəricidir.

Son 10 ildə Premyer Liqada yalnız bir oyunda daha çox tamaşaçı qeydə alınıb. Ötən mövsümün "Qarabağ" - "Sabah" matçını 17 338 tamaşaçı izləyib. Həmin oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Təxminən 3 illik fasilədən sonra yenidən böyük futbolu qəbul edən Gəncə şəhər stadionu üçün isə bu rəqəm son 10 mövsümün daxili rekordudur. Sözügedən arenada bundan daha böyük azarkeş izdihamı sonuncu dəfə 2016/2017 mövsümündə müşahidə olunmuşdu. Həmin vaxt, 2016-cı il sentyabrın 25-də "Qarabağ"a qarşı keçirilən matçda tribunaları 14 238 tamaşaçı doldurmuşdu.



İdman / Manşet 31-08 14:10

Digər Xəbərlər