"Tacikistan yığmasını yaxşı təhlil etmişik"
Azərbaycan yığması Tacikistan millisini yaxşı təhlil edib.
Bunu Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
Müdafiəçi sabahkı matça ciddi hazırlaşdıqlarını bildirib:
"Millətlər Liqasının oyunları öncəsi son hazırlıq matçımızdır. Rəqibi yaxşı təhlil etmişik. Tacikistan nə istədiyini bilən milli komandadır. Baş məşqçimiz Ayxan Abbasovun tapşırıqlarını lazımınca yerinə yetirəcəyik. Qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik".
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də, saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.
İdman / Manşet
22-09 19:45
Digər Xəbərlər
İdman / Manşet
13-10 22:45
Şou-Biznes / Manşet
13-10 17:20
Şou-Biznes / Manşet
13-10 16:50
Şou-Biznes / Manşet
13-10 15:55
Şou-Biznes / Manşet
13-10 11:20
Şou-Biznes / Manşet
12-10 17:33
