22:45 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  |     20:45 Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub  |     18:35 “Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa  |     19:13 Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib  |     21:33 Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib  |     12:11 "Neftçi" "Sabah"a qarşı  |     16:33 "Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı  |     11:37 Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)  |     19:07 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb  |     09:15 Azərbaycan Litvaya qarşı  |     11:13 Ayxan Abbasov: "Əzmkar komandaya qarşı oynayacağıq"  |     12:10 Azərbaycan - Litva oyununa bu hakimlər idarə edəcəklər  |     22:02 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib  |     10:05 Millətlər Liqası: Azərbaycan Lixtenşteynə qarşı  |     22:55 RED BULL WINGS CUP ilə Azərbaycandan Mayamiyə  |     19:50 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"  |     14:11 “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı  |     12:45 Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı  |     19:33 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"  |     18:56 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib  |    

“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov


Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistanla keçirilən yoldaşlıq oyunundan (1:0) sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Magazinews.Az xəbər verir ki, mütəxəssis komandanın qələbəyə ehtiyacı olduğunu bildirib. O, xüsusilə ikinci hissədə nümayiş etdirilən tempdən razı qaldığını deyib:

"Azarkeşlərə təşəkkür edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Qarışıq heyətlə oynadıq. Əsas motivasiya üçün qələbə lazım idi. Qələbə yaxşı oldu. Birinci hissədə tempi yüksəldə bilmədik. Amma ikinci hissədə dəyişikliklərdən sonra 20-25 dəqiqə çox yaxşı temp oldu. Bu da bizə lazım olandır. Bizi ağır səfər gözləyir, bu tempə dözmək lazımdır. Bəzi oyunçularımızı istirahət etdirdik. İnanıram ki, onlar da bizə qoşulacaq və Litva səfərindən sərfəli nəticə ilə qayıdacağıq".

- Abdulla Xaybullayevin durumu nə yerdədir? Edqar Adilxanovu necə, növbəti oyunlarda görə biləcəyik?

- Tək Xaybullayevdə yox, Mahirdə də zədə oldu. Xaybullayevdə problem yoxdur. 90 dəqiqə meydanda az olan futbolçularda bunlar hiss edildi. Edqara gəldikdə, bu gün qələbədən də çox, gəncləri qazandıq. Fərid Yusifli də debüt etdi. Hardansa başlanğıc olmalıdır. Gənclərə yol açmaq lazımdır.

- Cahangir Fərəcullayevlə danışırdınız. Sirr deyilsə, nə danışırdınız? Legionerlər də oynadı. Onlardan da razı qaldınız?

- Baş katib həmişə yanımızdadır, həmişə dəstəyini verir, uğurlar arzuladı. Milli komandada bir yaxşı oyuna sahib olmaq üçün vaxt lazımdır. İki məşqlə, qarışıq heyətlə istədiyimizi tam ala bilmirik. Üç gün də vaxtımız olacaq. Gənclər də gəlir. Komandanın perspektivi var.

- Bu oyundan sonra sizcə hansı detallarda artırmaq lazımdır növbəti oyunöncəsi?

- Bəzi mövqelər var idi ki, bizə sual doğururdu, o futbolçuları görmək istəyirdik. Onları bu gün gördük, suallarımıza cavab oldu. Litva tam başqa cür komandadır. Onlara tam başqa hazırlaşacağıq. Oyun planımızda da dəyişikliklər olacaq.

- Rəhim Sadıqov start heyətində hücumun sivri ucunda yer alırdı. Bu, rəqib qapıçı Oleq Baklovu daha yaxşı tanıması ilə bağlı idi?

- Xeyr, bu, bizim oyun üslubumuz idi. Rəqibi pressinq edəndə iki hücumçu olurduq. Top bizdə olanda Rəhimdən daha çox 10 nömrə kimi istifadə etmək istəyirdik. Bəzən belə oyunlarda rəqibin müdafiəsini yarmaq üçün ondan gizli hücumçu kimi istifadə etmək istəyirdik.

- Litva səfərindən bir xal gətirmək sərfəli nəticə hesab oluna bilər?

- Qrupda üç komanda var. Hər xal, hər top vacib olacaq. Əsas məqsəd birinci yeri tutmaqdır. Ona görə də nəticəyə oynamalıyıq. Xal vacib olacaq. //sportal.az



İdman / Manşet 23-09 23:20

Digər Xəbərlər