22:45 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  |     20:45 Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub  |     18:35 “Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa  |     19:13 Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib  |     21:33 Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib  |     12:11 "Neftçi" "Sabah"a qarşı  |     16:33 "Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı  |     11:37 Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)  |     19:07 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb  |     09:15 Azərbaycan Litvaya qarşı  |     11:13 Ayxan Abbasov: "Əzmkar komandaya qarşı oynayacağıq"  |     12:10 Azərbaycan - Litva oyununa bu hakimlər idarə edəcəklər  |     22:02 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib  |     10:05 Millətlər Liqası: Azərbaycan Lixtenşteynə qarşı  |     22:55 RED BULL WINGS CUP ilə Azərbaycandan Mayamiyə  |     19:50 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"  |     14:11 “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı  |     12:45 Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı  |     19:33 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"  |     18:56 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib  |    

Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"


Azərbaycan millisi qrupda birinci yeri tutmaq istəyirsə, Lixtenşteynə qalib gəlməlidir.

Bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.

Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri qarşılaşmanı dəyərləndirib:

"Bizim üçün vacib oyundur. Qrupda birinci yeri tutmaq istəyiriksə Lixtenşteynə qalib gəlməliyik. Rəqib komanda istəklidir, itirəcəkləri heçnə yoxdur. Matç ərzində əks-hücumlara üstünlük verəcəklər. Biz də öz növbəmizdə çalışacağıq ki, rəqib komandanın müdafiə xəttini məharətlə yaraq. Azarkeşlərimizin önündə yaxşı oyun nümayiş etdirərək qələbə qazanmaq istəyirik".

O, yığmanın heyətində itkilərin olduğunu söyləyib:

"Litva ilə matçdan sonra futbolçularda xırda zədələr çox oldu. İnşallah, bugünkü məşqdə hər biri tam bərpa olacaq. Lakin Renat Dadaşovun zədəsi ciddidir. Sabahkı oyunda onu meydanda görə bilməyəcəyik. Renatın Litva ilə evdəki qarşılaşmaya çıxması da sual altındadır".

A.Abbasov rəqibə uyğun hazırlaşdıqlarını bildirib:

"Litva və Lixtenşteyn komandaları bir-birilərindən fərqlidirlər. Biz onsuz də rəqiblərimizə qarşı onların oyun üslubuna uyğun hazırlaşırıq. Baxmayaraq ki, vaxtımız az idi. İnanıram ki, meydanda istədiklərimizi həyata keçirə biləcəyik. Bu görüşdə rəqib komandanın müdafiə xəttini yarmaq vacibdir. Ona görə futbolçularımızın ustalığı üst səviyyədə olmalıdır".

Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.



İdman / Manşet 30-09 19:50

Digər Xəbərlər