19:53 "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi  |     21:13 “Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə  |     14:12 CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)  |     22:05 “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib  |     20:11 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib  |     10:53 Misli Premyer Liqası: “Qarabağ” və “Neftçi” meydana çıxır  |     18:24 CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - Foto-Video  |     16:33 Bakıda möhtəşəm “Ailə və Toy Sərgisi 2026” keçiriləcək – Ziyarətçiləri böyük hədiyyələr, meqa endirimlər və möhtəşəm sürprizlər gözləyir!  |     11:01 "Qarabağ" - "Turan Tovuz" matçının təyinatları açıqlanıb  |     16:33 AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)  |     11:01 “Qarabağ” 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib  |     10:25 "Neftçi" əsrin rekorduna imza atıb  |     21:33 "Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək  |     09:11 Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"ya qarşı  |     23:33 RED BULL WINGS CUP AZƏRBAYCAN ÇEMPİONU BƏLLİ OLDU: MAYAMİYƏ GEDƏN YOLUN QALİBİ MÜƏYYƏNLƏŞDİ! - Foto  |     19:33 "Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib  |     10:13 RED BULL WINGS CUP AZƏRBAYCAN MİLLİ FİNALINDA 16 OYUNÇU MAYAMİYƏ VƏSİQƏ UĞRUNDA YARIŞACAQ  |     19:35 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib  |     09:10 "Turan Tovuz" "Sabah"la qarşılaşır  |     11:15 Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb  |    

"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib


Misli Premyer Liqasında 10-cu tur davam edir. 

Üçüncü oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb. 

"Şamaxı" öz meydanında "Neftçi"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatlb. Beləliklə, paytaxt klubu bu qələbə ilə turnir cədvəlində liderliyə yüksəlib. Qeyd edək ki, digər komandalardan bir oyun az keçirən "Sabah" 20 xalla ikinci, "Qarabağ" isə 19 xalla üçüncü pillədə qərarlaşıb.

"Kəpəz" isə doğma divarlar arasında "İmişli"ni sınağa çəkib. Görüş "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Misli Premyer Liqası

10-cu tur

1 noyabr (bazar)

17:30. "Kəpəz" - "İmişli" - 1:0

Qol: Namik Ələskərov, 77
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov, Rəşad Əhmədov (VAR), Kərim Zeynalov (AVAR)
Gəncə şəhər stadionu

15:00. "Şamaxı" - "Neftçi" - 2:3

Qollar: Qustavo Klisman, 14 (0:1), Abdullahi Şuaybu , 24 (1:1), Breno Almeyda, 49 (1:2), Ayman Bouali, 64 (2:2), Adeleke Akinyemi, 75 (2:3)
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev, Kamal Umudlu (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu

2 noyabr (bazar ertəsi)

19:00. "Sumqayıt" - "Şəfa"

30 oktyabr (cümə)

"Turan Tovuz" - "Sabah" - 3:2 

31 oktyabr (şənbə)

"Qəbələ" - "Qarabağ" - 0:0

"Araz-Naxçıvan" - "Zirə" - 2:2



İdman / Manşet 01-11 19:33

Digər Xəbərlər