Teymur Rəcəbov Aronyana qalib gəldi

2-01-2021, 23:35
A+
A-

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalın ilk görüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşan Rəcəbov 2,5:1,5 hesabı ilə qalib gəlib. 

Tərəflər arasında son görüş sabah baş tutacaq.