Ozan Tufan karyerasını İngiltərədə davam etdirə bilər

7-01-2021, 11:32
A+
A-

“Fənərbaxça” klubunun yarımmüdafiəçisi Ozan Tufan karyerasını ölkə xaricində davam etdirə bilər.

Türkiyənin “Sabah” nəşri xəbər verir ki, İngiltərənin “Vest Bromviç” klubu, həmçinin Rusiyanın “Spartak” və MOİK klubları 25 yaşlı futbolçunu heyətlərinə cəlb etmək üçün hərəkətə keçiblər.

Xatırladaq ki, O.Tufan Türkiyənin “Bursaspor” klubunun yetirməsidir. (oxu.az)