"lNBA Hungarian Grand-Prix 2021"-də Milli komandamız 3 medal qazandı - FOTOLAR
Natural Bodibildinq və Fitness üzrə Macarıstan Respublikasının Tatabanya şəhərində 04-05 iyun 2021-ci il tarixdə keçirilən dünya ölkələri üzrə Macarıstan Qran-Prisində "lNBA Hungarian Grand-Prix 2021" ölkəmizi təmsil etmək üçün komandamız yola düşüb.
MAGAZINEWS.AZ xəbər verir ki, Tatabanya şəhərində keçirilən Natural Bodibildinq və Fitnes üzrə Macarıstan Qran-Prisində "lNBA Hungarian Grand-Prix 2021" ölkəmizi təmsil edən milli komandamızın üzvləri Hakim İsayev "Mens Athletic" kateqoriyasında gümüş, Efsun Məmmədov bürünc medala layiq görülüblər. Sərvan Həsənov isə 4-cü yer ilə kifayətlənib.
Mens Physique kateqoriyada mübarizə aparan Rüfət Hüseynli də bürünc medala yiyələnib.
Uğurlu çıxışları münasibətilə idmançılarımızı təbrik edirik və uğurlarının davamlı olmasını arzulayırıq.
MAGAZINEWSAZ